Daxildə etirazlar, xaricdə zəifləyən mövqelər – Makronun Fransanın gələcəyinə vurduğu ÖLÜMCÜL ZƏRBƏ – VİDEO

Fransa Prezidenti Emmanuel Makronun hakimiyyəti ölkədə genişmiqyaslı etiraz aksiyaları və Fransanın əvvəlki geosiyasi nüfuzunu itirməsi ilə xarakterizə olunur. Onun siyasəti Fransa cəmiyyətini parçalayaraq həm ölkə daxilində, həm də Avropa İttifaqında Parisin mövqelərini ciddi şəkildə zəiflətdi.

Bizim.Media xəbər verir ki, bu fikirlər “CBC” televiziyasının hazırladığı “Emmanuel Makron – parlaq uğursuzluğun xronikası” filmində öz əksini tapıb.

Bitməyən etiraz aksiyaları

Materialda qeyd olunur ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılması ümummilli tətil dalğasına və polis ilə etirazçılar arasında toqquşmalara səbəb oldu.
 

Etirazlar artıq fövqəladə hadisə deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmişdi. Müxtəlif hesablamalara görə, aksiyalarda 15-25 milyon nəfər iştirak etdi. Bu, müasir Fransa tarixinin ən genişmiqyaslı və ən sərt küçə etirazlarından biri hesab olunur.


Sonrakı dövrdə fermerlərin əsas magistralları və ərzaq tədarükünü bloklayan aksiyaları da ölkədə sosial gərginliyi daha da artırıb. Vətəndaş həmrəyliyi vədlərinin əvəzinə Beşinci Respublika uzunmüddətli sosial qarşıdurma və sərt polis müdaxilələri ilə üzləşib.

Saxta vədlər fonunda iqtisadi uğursuzluq

Makronun "mütərəqqi islahatçı" imici isə yaşayış xərclərinin artması, enerji böhranı və vaxtilə "Sarı jiletlilər" hərəkatına səbəb olmuş vergi təşəbbüsləri fonunda ciddi zərbə alıb. Bu amillər cəmiyyətdə narazılığı daha da dərinləşdirib.
 

Vaxtilə “Rothschild & Co” investisiya bankında çalışan Makron özünü Fransa iqtisadiyyatının xilaskarı kimi təqdim edirdi. Seçki proqramında sərt büdcə intizamı və büdcə kəsirinin azaldılması vəd olunurdu.


Lakin Makronun hakimiyyəti dövründə Fransanın dövlət borcu təxminən 1 trilyon avro artıb. Bu astronomik borc yalnız indiki dövrdə fransız xalqı üçün dəhşətli nəticələr doğurmur, gələcək nəsillər üçün maliyyə baxımından ölüm hökmüdür.

Böyük dövlət iddialarının iflası

“CBC”nin materialında həmçinin bildirilib ki, bir çoxlarının əvvəlcə Napoleonla müqayisə etdiyi Makronun idarəçilik üslubu ölkəni qapalı və mərkəzləşdirilmiş şəkildə idarə etməyə əsaslanırdı. O, 2017-ci ildə Fransaya böyük dövlət statusunu qaytaracağını və vahid Avropanın qeyri-rəsmi liderinə çevriləcəyini vəd etsə də, tənqidçilərin fikrincə, ötən illər ərzində Parisin xarici siyasətdəki mövqeləri əsas istiqamətlər üzrə zəifləyib.

Bizim.Media-nın araşdırmasına görə, son illərdə Afrikada Fransanın mövqeləri də ciddi şəkildə sarsılıb. Məhz Makronun dövründə Parisin vaxtilə əsas söz sahibi olduğu ölkələr olan Niger, Burkina-Faso və Seneqaldan Fransa qoşunları çıxarılıb.

Makronun ailə münaqişələri

Fransız cəmiyyətində Prezidentin xanımı Bricit Makronla münasibətləri də ciddi müzakirə və mübahisə mövzusuna çevrilib. Həyat yoldaşları arasındakı 24 illik yaş fərqi və tanışlıq hekayəsi mühafizəkar dairələrin daimi tənqid mövzusu olub.
 

Xüsusilə, ötən ilin mayında baş verənlər dünya miqyasında rezonans doğurdu. Vyetnama rəsmi səfər zamanı təyyarədən düşərkən həyat yoldaşı Bricit Emmanuelə sillə vurdu. Bu hadisə nəinki Fransada, bütün dünyada geniş müzakirələrə səbəb oldu.


Sözügedən kadrlar sosial şəbəkələrdə trendə, zarafat mövzusuna çevrildi. Siyasətlə yaxından-uzaqdan əlaqəsi olmayan, Makronu tanımayan şəxslər belə onu ələ salmağa başladılar.

Birinci xanımın xarici görünüşü və prezidentin şəxsi həyatı ətrafındakı müzakirələr isə koordinasiyalı media hücumları xarakteri alaraq ölkədəki dərin mənəvi və dəyər böhranını açıq şəkildə nümayiş etdirdi.

Fransa vasitəçi statusunu necə itirdi?

Materialda qeyd olunur ki, Makronun regionda tutduğu birtərəfli mövqe Fransanı neytral vasitəçi statusundan məhrum edib və Paris real sülh prosesindən kənarda qalıb. Fransa təşəbbüsü regional oyunçulara həvalə edərək əsl sülh prosesindən tamamilə kənarlaşdırılıb.

Eyni zamanda Fransanın Avropa İttifaqı daxilində lider mövqeyi zəifləyib, hökumət isə sabit parlament çoxluğu olmadan fəaliyyət göstərmək məcburiyyətində qalıb. Bu proses ifrat sağ və ifrat sol siyasi qüvvələrin populyarlığının artmasına səbəb olub.

Gözləntiləri doğrultmayan Paris Olimpiadası

2024-cü il Yay Olimpiya Oyunları Yelisey Sarayı tərəfindən ölkəni birləşdirəcək və Makronun nüfuzunu bərpa edəcək böyük PR layihəsi kimi təqdim olunsa da, bunun tam əksi baş verdi. Yarışlar bir sıra beynəlxalq qalmaqallarla yadda qaldı. Açılış mərasimindəki bəzi səhnələr dünya miqyasında dindar və mühafizəkar dairələrin etirazına səbəb oldu.
 

Sena çayının təmizlənməsi layihəsi də gözlənilən nəticəni vermədi. Suyun çirklənməsi səbəbindən bəzi məşqlər və yarışlar təxirə salındı, idmançıların səhhətində ciddi problemlər yarandı.


Nəqliyyat infrastrukturunda yaranan problemlər, yerli sakinlər üçün tətbiq edilən məhdudiyyətlər və xidmət personalının kütləvi tətilləri Parisdə Olimpiadanın təşkilinə dair narazılığı pik həddə çatdırdı. Beləcə, Makronun PR layihəsi böyük uğrsuzluğa düçar oldu.

Miqrasiya və təhlükəsizlik problemləri

Materialda həmçinin bildirilir ki, miqrasiya siyasətinin uğursuzluğu və inteqrasiya modelinin effektiv olmaması dini və etnik münasibətlərdə gərginliyi daha da artırıb. Daxili İşlər Nazirliyinin seqreqasiya olunmuş şəhərətrafı ərazilərdə vəziyyətə tam nəzarət edə bilməməsi fonunda antiislam əhvali-ruhiyyəsi siyasi diskursun bir hissəsinə çevrilib və qanunsuz miqrasiya ilə bağlı problemlər dövlət nəzarətinin zəifləməsinə gətirib çıxarıb.
 

Eyni zamanda, Fransa İkinci Dünya Müharibəsindən bəri ən ciddi antisemitizm dalğalarından biri ilə üzləşib. Yaxın Şərqdəki münaqişənin Avropa şəhərlərinə təsiri nəticəsində yəhudi icmaları hədəfə çevrilib və hakimiyyət vətəndaşların təhlükəsizliyini təmin etməkdə aciz qalıb.


Beləcə, Makronun siyasəti Fransanın dünyəvi institutları ilə radikallaşan dini icmalar arasında mövcud parçalanmanı daha da dərinləşdirib.

Bitməyən uğursuzluq dalğası

Göründüyü kimi, Emmanuel Makronun hakimiyyət dövrü Fransa üçün həm dərin sosial-siyasi qarşıdurmalar, həm iqtisadi çətinliklər, həm də beynəlxalq nüfuzun zəifləməsi ilə yadda qalıb. Pensiya islahatları, miqrasiya siyasəti, dövlət borcunun artması və xarici siyasətdəki uğursuzluqlar ölkədə geniş ictimai narazılığa səbəb olub.

Beləcə, Makronun həyata keçirdiyi siyasət Fransa cəmiyyətində mövcud olan parçalanmanı daha da dərinləşdirib və ölkənin həm daxili idarəçiliyinə, həm də beynəlxalq mövqeyinə sarsıdıcı zərbə vurub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qanun DƏYİŞİR - Əlilliyi olmayanlara da sığorta ödəniləcək - FOTO

Qanun DƏYİŞİR - Əlilliyi olmayanlara da sığorta ödəniləcək - FOTO

Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Ankara Zirvəsi dünya mediasında: Trampdan Ərdoğanla bağlı sensasion etiraf – FOTO

Ankara Zirvəsi dünya mediasında: Trampdan Ərdoğanla bağlı sensasion etiraf – FOTO

Eldənizin restoran biznesi alınmadı

Eldənizin restoran biznesi alınmadı

Həmin quyuya daha bir maşın düşdü– Video

Həmin quyuya daha bir maşın düşdü– Video

Evlərə gəlir, qeyri-rəsmi çalışırlar – Sonrakı risklərdən çoxları bixəbərdir...

Evlərə gəlir, qeyri-rəsmi çalışırlar – Sonrakı risklərdən çoxları bixəbərdir...

İlham Əliyev İordaniya Kralını Azərbaycana səfərə DƏVƏT ETDİ

İlham Əliyev İordaniya Kralını Azərbaycana səfərə DƏVƏT ETDİ

Makron ənənəsini pozmadı: Ankarada da səhər qaçışı etdi – FOTO/VİDEO

Makron ənənəsini pozmadı: Ankarada da səhər qaçışı etdi – FOTO/VİDEO

İordaniya Baş nazirinin müavini İlham Əliyevin QƏBULUNDA - FOTO

İordaniya Baş nazirinin müavini İlham Əliyevin QƏBULUNDA - FOTO

Zaqatalaya sel gəldi: Bir kəndlə əlaqə kəsildi - VİDEO

Zaqatalaya sel gəldi: Bir kəndlə əlaqə kəsildi - VİDEO

Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO

Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO

Planetin ən böyük 11 heyvanı: Birinin orqanı bir filin çəkisi qədərdir

Planetin ən böyük 11 heyvanı: Birinin orqanı bir filin çəkisi qədərdir

16 yaşlı Vüsalın meyiti TAPILDI

16 yaşlı Vüsalın meyiti TAPILDI

Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq

Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq

Xarkovda raket yaşayış binasına düşdü: Ölən və yaralılar var

Xarkovda raket yaşayış binasına düşdü: Ölən və yaralılar var

Daxildə etirazlar, xaricdə zəifləyən mövqelər – Makronun Fransanın gələcəyinə vurduğu ÖLÜMCÜL ZƏRBƏ – VİDEO

Daxildə etirazlar, xaricdə zəifləyən mövqelər – Makronun Fransanın gələcəyinə vurduğu ÖLÜMCÜL ZƏRBƏ – VİDEO

“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”

“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”

Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq" - VİDEO

Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq" - VİDEO

Taxılla dolu TIR belə yandı – VİDEO

Taxılla dolu TIR belə yandı – VİDEO

Dərnəgül yolunda dəhşətli qəza - Sürücü həlak oldu - Video

Dərnəgül yolunda dəhşətli qəza - Sürücü həlak oldu - Video

Rusiyada miqrantlarla bağlı NÖVBƏTİ QADAĞA – Soydaşlarımızı nə gözləyir?

Rusiyada miqrantlarla bağlı NÖVBƏTİ QADAĞA – Soydaşlarımızı nə gözləyir?

Apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı ALINDI

Apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı ALINDI

Ukraynada Vişnoye şəhəri belə dağıdıldı - Dəhşətli FOTO

Ukraynada Vişnoye şəhəri belə dağıdıldı - Dəhşətli FOTO

Tramp bu barədə əmri Ankarada olarkən verib

Tramp bu barədə əmri Ankarada olarkən verib

End of content

No more pages to load

RADİO