Qazaxıstanın keçmiş iqtisadiyyat naziri HƏBS EDİLDİ - DETALLAR/FOTO

Astana məhkəməsi Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayevi həyat yoldaşının qətli ilə bağlı iki ay müddətinə həbs edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı məhkəmənin mətbuat xidməti yayıb.

Nəşr yazır ki, Qazaxıstan Daxili İşlər Nazirliyi noyabrın 10-da Bişimbayevin saxlandığını elan edib. Ondan bir gün əvvəl isə 1992-ci il təvəllüdlü qadın Astanada restoranlardan birində aldığı bədən xəsarətlərindən dünyasını dəyişib. 

ORDA.kz mənbəyə istinadən dəqiqləşdirib ki, bu, keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayevin həyat yoldaşıdır. Həmsöhbət portala bildirib ki, qadın noyabrın 8-dən 9-na keçən gecə xəsarət alıb.

ORDA və Ulus Media-nın məlumatına görə, qadın Astananın mərkəzindəki “Bau” restoranında dünyasını dəyişib. Ulus Media qeyd edib ki, müəssisə Bişimbayevlər ailəsinə məxsus “Gastro-Ploşçad Center” ticarət mərkəzinin binasında yerləşir.

Hadisə şahidlərinin portala verdiyi məlumata görə, eks-nazir həyat yoldaşı ilə birlikdə noyabrın 8-də restorana gəlib. Onlar VİP kabinələrdən birini tutublar və bütün gecəni orada keçiriblər. Cütlük spirtli içki içərək yuxuya gediblər. 
Noyabrın 9-da yuxudan oyanan cütlük restorandan çıxmayıb və dincəlməyə davam edib. Həmin gün axşam saatlarında hadisə şahidlərinin sözlərinə görə, Bişimbayevlə həyat yoldaşı Saltanat Nukenova arasında münaqişə baş verib və nəticədə davaya çevrilib.

ORDA yazır ki, Nukenovanın vəziyyəti ilə  təcili yardıma zəng noyabrın 9-u axşam yerli vaxtla saat 19:55 radələrində daxil olub.

“Gastro-Ploşçad Mərkəzi”nin əməkdaşları ORDA-ya bildiriblər ki, noyabrın 8-də axşam saatlarında “Bau” restoranı təmirə bağlanıb və səhər saatlarında açılmayıb. İnstagramda restoranın xüsusi xidmətlər üçün bağlandığı barədə yazı yer alıb.

Xatırladaq ki, Kuandıq Bişimbayev iki aylıq görüşdən sonra 2022-ci ilin dekabrında Saltanat Nukenova ilə evlənib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanla Çexiya birgə SİLAH istehsal edə bilər

Azərbaycanla Çexiya birgə SİLAH istehsal edə bilər

Avropa çempionu olan güləşçilərimiz Vətənə qayıdıb

Avropa çempionu olan güləşçilərimiz Vətənə qayıdıb

Prezident Qarabağ və Şərqi Zəngəzurdan DANIŞDI

Prezident Qarabağ və Şərqi Zəngəzurdan DANIŞDI

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Həftəsonu bu şəxslərin İMTAHANI VAR

Həftəsonu bu şəxslərin İMTAHANI VAR

Valideyn qayğısından məhrum olmuş uşaqlarda fərdi yanaşma prinsipi üstün rol oynayır - GÜLƏR MÜBARİZ YAZIR

Valideyn qayğısından məhrum olmuş uşaqlarda fərdi yanaşma prinsipi üstün rol oynayır - GÜLƏR MÜBARİZ YAZIR

İkinci Liqa: “Araz-Saatlı” və “Şəki Siti” qalib gəldi

İkinci Liqa: “Araz-Saatlı” və “Şəki Siti” qalib gəldi

Azərbaycanda səfərdə olan Baş nazir: Bizim problemimiz var...

Azərbaycanda səfərdə olan Baş nazir: Bizim problemimiz var...

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda DƏYİŞİKLİK edildi

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda DƏYİŞİKLİK edildi

Prezident: “Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq” - VİDEO

Prezident: “Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq” - VİDEO

Babiş bu ölkələr arasında ilk olaraq niyə Azərbaycana səfər etdiyini AÇIQLADI

Babiş bu ölkələr arasında ilk olaraq niyə Azərbaycana səfər etdiyini AÇIQLADI

Hüseynlə Almaxanım arasında QALMAQAL: “Hər mövzuya baş qoşmaq məcburiyyətində deyilsən” - FOTO/VİDEO

Hüseynlə Almaxanım arasında QALMAQAL: “Hər mövzuya baş qoşmaq məcburiyyətində deyilsən” - FOTO/VİDEO

Canlı yayımda təhqiramiz ifadələr işlədən tiktoker həbs edildi

Canlı yayımda təhqiramiz ifadələr işlədən tiktoker həbs edildi

İsmayıllıda kişi işlədiyi yerdə dünyasını dəyişdi

İsmayıllıda kişi işlədiyi yerdə dünyasını dəyişdi

Doqquz ildir ki, valyutamız sabitdir...

Doqquz ildir ki, valyutamız sabitdir...

Prezident: İşgüzar dairələrə çox aydın mesaj göndəririk

Prezident: İşgüzar dairələrə çox aydın mesaj göndəririk

Şəhid İlqar Mirzəyevin gəlini ailə FOTOSU paylaşdı

Şəhid İlqar Mirzəyevin gəlini ailə FOTOSU paylaşdı

Elxan Mikayılova VƏZİFƏ verildi

Elxan Mikayılova VƏZİFƏ verildi

Şamaxıda ağır qəza: 4 nəfər xəsarət aldı

Şamaxıda ağır qəza: 4 nəfər xəsarət aldı

Nəcibə Nəsibovanın yerinə yeni TƏYİNAT

Nəcibə Nəsibovanın yerinə yeni TƏYİNAT

Qusarda İCLAS: İcra başçısı təhsildən yayınan uşaqların işlərinə baxdı - FOTO

Qusarda İCLAS: İcra başçısı təhsildən yayınan uşaqların işlərinə baxdı - FOTO

WUF13 Festivalında DƏYİŞİKLİK edildi - FOTO

WUF13 Festivalında DƏYİŞİKLİK edildi - FOTO

Dövlət məktəblərində xarici dildə oxumaq istəyən şagirdlərin DİQQƏTİNƏ

Dövlət məktəblərində xarici dildə oxumaq istəyən şagirdlərin DİQQƏTİNƏ

Metin Tokel Azərbaycanda rəsmi səfərdədir - FOTO

Metin Tokel Azərbaycanda rəsmi səfərdədir - FOTO

End of content

No more pages to load

RADİO