ABŞ Ticarət Nazirliyi Rusiyada 12, Özbəkistanda 1 struktura ixrac məhdudiyyəti tətbiq edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Federal Reyestri məlumat yayıb.
Bildirilib ki, ABŞ Ticarət Nazirliyinin tabeliyində olan Sənaye və Təhlükəsizlik Məsələləri Bürosu pilotsuz uçuş aparatlarının alınması və istehsalı da daxil olmaqla, Rusiya hərbi-sənaye kompleksinə yardım etdiyi üçün 13 strukturu “qara siyahıya” salıb.
Bizim.Media