Dövlət qiymət artımının qarşısını alacaq – Yeni QANUNUN DETALLARI 

Məlum olduğu kimi, “Dövlət ehtiyatları haqqında” Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində I oxunuşda müzakirə olunub. 4 fəsil 14 maddədən ibarət olan yeni sənəddə, dövlət ehtiyatlarının yaradılması və ərzaq balansının təmin edilməsi üçün müasir və mütərəqqi tənzimləmələrin təsbit olunub. 

Yeni qanun nəyi dəyişəcək?

Qanunda həmçinin, analoji mallar, bazar iştirakçısı, dövlət ehtiyatlarının brondan çıxarılması və borc verilməsi, əvəzləşdirilməsi, strateji əhəmiyyətli mallar, strateji ehtiyatlar və s. kimi anlayışlar yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ölkədə bir sıra məhsullar BAHALAŞIB - RƏSMİ 


Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil ediləcək.

Bəzi ekspertlər bildirirlər ki, sözügedən qanunun qəbulundan sonra ölkədə strateji məhsulların qiymətində baş verəcək süni və kəskin artımların qarşısın alınacaq. Eyni zamanda əsas tələbat məhsulları üzrə strateji ehtiyyat fondları yaradıla bilər. 

Ölkədə yeni ehtiyat fondları yaradıla bilərmi? 

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı Aydın Hüseynov, bu qanun layihəsinin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Deputatın sözlərinə görə, dövlət tərəfindən strateji məhsullara bəzi ərzaq və yanacaq növləri, eləcə də dərman ləvazimatları daxil edilib:

“Dövlətimiz də bu məhsullar üzrə ehtiyat yaradır ki, bu da fövqəladə vəziyyət, səfərbərlik, müharibə və digər situasiyalarda istifadə olunacaq. Yəni, belə vəziyyətlərdə əhali əziyyət çəkməyəcək və əhali tam əminliklə həyatına davam edəcək. Dövlət bu ehtiyatın minimal məbləğini müəyyən edir, monitorinqlər və təhlillər aparır. Ehtiyatlar minimal həddən aşağı düşərsə, yenidən təminatını həyata keçirir. 

Qanunun digər əhəmiyyəti isə ondan ibarətdir ki, bu məhsullar üzrə kəskin qiymət artımı olarsa, etiyatlardan müəyyən qədəri bazara çıxarılır və qiymət artımının qarşısı alınır. Bu da ölkə vətəndaşları üçün mühüm əhəmiyyətə malikdir. Çünki qanun bütün hallarda onların mənafeyinə xidmət edir”.

Millət vəkilinin fikrincə, hazırda mövcud olan daxili ehtiyat fondları öz işlərini bundan sonra daha ciddi şəkildə həyata keçirəcəklər:

“Hətta qanun çərçivəsində fəaliyyətlərini daha da genişləndiriləcəklər. Bundan başqa, Nazirlər Kabineti tərəfindən strateji məhsulların siyahısı hazırlanacaq və hansı məhsullara tələbat daha çoxdursa, bu müəyyən ediləcək. Eyni zamanda, həmin məhsulların saxlanma müddəti, hansı dövlət qurumu tərəfindən idarə olunması və digər məsələlər öz həllini tapacaq. Bir sözlə, bütün mövcud fondlar daha mükəmməl şəkildə öz fəaliyyətlərini təmin edəcəklər”.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi - bəndinə uyğun olaraq hazırlanıb.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Maaş və pensiyalar nə qədər artacaq?

Maaş və pensiyalar nə qədər artacaq?

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Mətanəti bir də belə görün - Video

Mətanəti bir də belə görün - Video

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Bu 3 bürcün bəxti üzünə güləcək

Bu 3 bürcün bəxti üzünə güləcək

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

End of content

No more pages to load

RADİO