Sahibə Qafarova: “Heç kim onları Qarabağdan getməyə məcbur etmir” -  FOTO

“Heç bir suveren dövlət, o cümlədən də Azərbaycan öz ərazisində qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz”.

Bizim.Media xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşdə səsləndirib.

Onun sözlərinə görə, bu gün Ermənistan silahlı qüvvələri tərksilah edilir, onların ərazilərimizdən çıxarılması prosesi davam edir. Həmin silahlı qüvvələrin minlərlə silahı və hərbi texnikası var.

Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq ictimaiyyətə onların ərazilərimizdən çıxarılmasının vacibliyi ilə bağlı çağırış edəndə haqlı idi.

Spiker Sahibə Qafarova Fransa parlamentinin rəhbərinə xatırladıb ki, Azərbaycan parlamentinin sədri kimi ona bu barədə bir neçə məktub göndərib. O, bu görüşdə də bir daha qeyd edib ki, Azərbaycan sülh və sabitlik istəyir.

Milli Məclisin sədri Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması ilə bağlı dialoq aparıldığını, qısa müddət ərzində Azərbaycan nümayəndələri ilə artıq Qarabağın erməni icmasının nümayəndələri arasında iki görüş keçirildiyini bildirib.
Sahibə Qafarova deyib ki, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlarıdır. Onların bütün hüquqları Azərbaycan qanunvericiliyi və beynəlxalq öhdəlikləri çərçivəsində təmin ediləcək. Heç kim onları Qarabağdan getməyə məcbur etmir.

Əgər kimsə getmək istəyirsə, bu, onun azad seçimidir və Azərbaycan onların hərəkət azadlığını və təhlükəsizliyini təmin edir.

Spiker Sahibə Qafarova görüşdə həmçinin, Azərbaycanın Qarabağın bu ərazisində infrastrukturun bərpasına başladığını, həmçinin sakinlərə ərzaq, dərman, yanacaq daxil olmaqla humanitar yardım göndərdiyini, Beynəlxalq Qızıl Xaç Komitəsinin Laçın və Ağdam yolları ilə yardımlar apardığını bildirib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Bakıda maşında qadın DÖYÜLDÜ

Bakıda maşında qadın DÖYÜLDÜ

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

Bərdədə "Mercedes"lə "Lada" toqquşdu: Xəsarət alanlar var

End of content

No more pages to load

RADİO