Kamran Əliyev Londonda hansı məsələləri müzakirə edib? - FOTO

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 28-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Londona işgüzar səfərə gedib.

Bizim.Media xəbər verir ki, nümayəndə heyəti ölkəmizin Birləşmiş Krallıqdakı səfirliyinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, əziz xatirəsi ehtiramla yad olunub. Daha sonra səfirliyin əməkdaşları ilə görüş keçirilib.

Konfransın açılış mərasimində İngiltərə və Uelsin Baş prokuroru Viktoriya Prentis, Kral Prokurorluq Xidmətinin rəhbəri Maks Hill və Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Xuan Batista Mahikes qonaqları salamlayaraq konfransın cinayətkarlığın müasir təzahürlərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın uğurla davam etdirilməsinə müsbət töhfə verəcəyini vurğulayıblar, tədbirin işinə uğurlar arzu ediblər. 

Sentyabrın 25-də Konfransın plenar sessiyasında çıxış edən Baş prokuror Kamran Əliyev ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışaraq müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb.
Bundan başqa, konfrans çərçivəsində Kamran Əliyev Türkiyə, Səudiyyə Ərəbistanı, Fələstin, Tayland, Gürcüstan, Lixtenşteyn, Moldova, Tacikistan və digər dövlətlərin baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə  görüşlər keçirib.

İkitərəfli hüquqi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmaqla yanaşı, Baş prokuror sentyabr ayının 19-da Müzaffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal anti-terror tədbirləri barədə həmkarlarını məlumatlandırıb.

Baş prokurorun Londona işgüzar səfəri çərçivəsində Birləşmiş Krallığın Milli Cinayət Agentliyində (NCA) ikitərəfli görüş keçirilib. Əməliyyatlar üzrə Baş direktor Rob Consla keçirilmiş görüşdə ölkələrimiz arasında transmilli cinayətkarlıqla, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və sair mütəşəkkil cinayətlərə qarşı effektiv mübarizə məsələləri müzakirə olunub.
Görüşdə ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov iştirak edib.

Nümayəndə heyətinin Birləşmiş Krallığa səfəri davam edir.














Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Bakıda maşında qadın DÖYÜLDÜ

Bakıda maşında qadın DÖYÜLDÜ

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

End of content

No more pages to load

RADİO