Britaniyanın dövlət naziri Qarabağda qondarma rejimin hərbi təxribatları barədə məlumatlandırılıb

Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak məqsədilə Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Krallığın Cənubi Asiya, Afrika, BMT, İnsan Hüquqları üzrə Dövlət Naziri Lord Ahmad ilə görüşüb. 

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, C.Bayramov Azərbaycanın Böyük Britaniya ilə münasibətlərinə xüsusi önəm verdiyini, iki ölkə arasında son vaxtlar siyasi dialoqun intensivləşməsinin iqtisadi, təhsil və digər yeni sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyini bildirib.  

Eyni zamanda, britaniyalı həmkarı ilə parlamentlərarası münasibətlərin inkişafı, regional və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb. 

Nazir həmkarını regionda mövcud vəziyyət, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qondarma rejimin hərbi təxribatları nəticəsində yaranmış gərginlik, habelə həyata keçirilmiş lokal xarakterli anti-terror əməliyyatlarının məqsəd və nəticələri barədə ətraflı məlumatlandırıb. 

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinə qarşı aparılan antiterror tədbirlərinin nəticəsində bölgədə sülh və təhlükəsizliyə hədə olan bu silahlı birləşmələrin buraxıldığı və tərksilah işlərinə başlandığı diqqətə çatdırılıb. 

Görülən antiterror tədbirləri çərçivəsində mülki vətəndaşlara heç bir zərərin dəymədiyi, onların təhlükəsizliyinin təmini istiqamətində öncədən bütün lazımi tədbirlərin görüldüyü bildirilib. 

Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərinin hüquq, azadlıq və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmlərinə uyğun olaraq təmin ediləcəyi vurğulanıb. 

C.Bayramov müqabil tərəfi Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi vizionu və bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi və Qarabağda yaşayan erməni əsilli sakinlərin reinteqrasiya prosesi barədə məlumatlandırıb. 
Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Bakıda maşında qadın DÖYÜLDÜ

Bakıda maşında qadın DÖYÜLDÜ

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

Əmir Hatəmi: "İran 20 nəsil döyüşə bilər"

End of content

No more pages to load

RADİO