“Ukraynanın Xarici İşlər Nazirliyi sentyabrın 9-da Azərbaycan Respublikasının Qarabağ ərazisində qondarma “prezident seçkilərinin” keçirilməsini pisləyir”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna XİN-in bu gün yaydığı bəyanatda qeyd edilib.
“Qondarma “prezident seçkilərinin” keçirilməsi beynəlxalq hüquq normalarına və prinsiplərinə ziddir və onların nəticələri əhəmiyyətsizdir.
Ukrayna növbəti dəfə Azərbaycan Respublikasının suverenliyinə, onun beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə dəstəyini ifadə edir və Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla nizama salınmasının tərəfdarıdır”, - deyə bəyanatda bildirilib.
Bizim.Media