Yanvar-fevral aylarına dair neft-qaz göstəriciləri açıqlandı

Yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 5,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 342 min ton az olub.

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, respublika üzrə neft hasilatının 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (AÇG), 628 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.

Hesabat dövründə 4,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 4,6 milyon tonu konsorsium, 255 min tonu isə SOCAR-in payına düşür.

Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 182 min ton, yəni 4 faiz azdır.

Cari ilin iki ayında ölkədə 6,8 milyard kubmetr qaz hasil edilib. Qazın 2,2 milyard kubmetri AÇG-dən, 3,4 milyard kubmetri “Şahdəniz”dən, 1,2 milyard kubmetri SOCAR-dan hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz, yəni 196 milyon kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 3,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 32 faiz çoxdur.

Cari ilin yanvar-fevral aylarında 2020-ci ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 15,6 faiz çox, yəni 2 milyard kubmetr, Avropaya təqribən 783 milyon kubmetr, Gürcüstana isə 497 milyon kubmetr qaz ixrac edilib. Bu dövrdə Bakı-Tbilisi-Ceyhan boru kəməri sisteminə 18 milyon kubmetr qaz verilib.

Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 919 milyon kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu il martın 1-dək təqribən 558,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 527,8 milyon ton xam neft, “Şahdəniz”dən isə 30,9 milyon ton kondensat çıxarılıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il martın 1-dək təqribən 558 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Yataqlar istismara veriləndən cari il martın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 178,9 milyard kubmetr, “Şahdəniz”dən isə 138,2 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 93 milyard kubmetri ixraca nəql edilib.

Ölkədə neft emalı yanvar-fevral aylarında 1 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 61,5 min ton az olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

End of content

No more pages to load

RADİO