Gömrük Komitəsinin qaz ixracı ilə bağlı hesabatında UYĞUNSUZLUQLAR – ARAŞDIRMA

Dövlət Gömrük Komitəsinin yayımladığı xarici ticarətlə bağlı statistikada, cari ilin 6 ayı ərzində Azərbaycandan xarici ölkələrə 16 milyard 194 milyon 606.04 min ABŞ dolları dəyərində neft-qaz məhsulları ixrac olunduğu göstərilib. 

Hesabatda həmçinin, ötənilki ixracın dəyərinin isə 17 milyard 021 milyon 595,89 min dollar olduğu və bir il ərzində neft-qaz ixracında 826 milyon 989,85 dollar və ya 4,86 faiz azalma baş verdiyi əks olunub. 

“Builki ixracın əsas hissəsi təbii qazla bağlı olub ki, bunun da ümumi həcmi 10 milyard 956 milyon 188.04 min ton, maliyyə dəyəri isə 8 milyard 029 milyon 188.03 min dollar təşkil edib. Ötən il isə bu həcm 12 milyard 915 milyon 622,66 min ton, dəyər isə 9 milyard 361 milyon 250,13 min dollar olub. Hesablamalardan görünür ki, ixrac olunan təbii qazın həcmi 1 il ərzində 408 milyon 656,67 ton və ya 3,60 faiz azalma, maliyyə dəyərində isə 588 milyon 753,49 min dollar və ya 7,33 faiz artım müşahidə olunub” - deyə hesabatda qeyd olunur. 

Energetika Nazirliyinin bu ilin ilk altı ayı üçün qaz ixracı ilə bağlı açıqladığı rəqəmlərdə isə fərqlilik nəzərə çarpır. Belə ki, nazirlik 12 milyard kubmetr qaz ixrac olunduğunu açıqlayıb.

Bəs, 1,1 milyard kubmetrlik fərqin meydana çıxması haradan qaynaqlanır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban qeyd edib ki, Dövlət Gömrük Komitəsinin açıqladığı son statistika göstərir ki, neftin ixrac həcmi və dəyəri getdikcə azalır: 
 

MÖVZU İLƏ BAĞLI:

Baş Gömrük İdarəsinə yeni rəis təyinatı olub - FOTO


“Bu da normal haldır. Çünki, ölkədə neftin hasilatında da azalma müşahidə olunur. Həm istehsal, həm də bazar qiyməti ötən illə müqayisədə azdırsa, deməli, gəlir də azalacaq”.

Təbii qazın ixracı ilə bağlı göstəricilərə gəlincə, ekspert, burada qaranlıq məqamların olduğunu diqqətə çatdırıb:  

“DGK-nin son hesabatına görə, 2023-cü ilin I yarısında ölkəyə qaz ixracından daxilolmalar enerji sektorunda birinci yerə çıxıb. Yəni, 8 milyard dollardan bir qədər artıq gəlir əldə olunub ki bu da 10,9 milyard kubmetr qazın ixracından yaranıb. 

Energetika Nazirliyinin saytında isə 6 ay ərzində ixrac olunan qazın həcminin 12 milyard kubmetr olduğu göstərilib. Hardasa, 1,1 milyard kubmetrə qədər qazın həcmi DGK hesabatında əks olunmayıb. 2022-ci ilin eyni dövründə isə DGK 3 milyard kubmetr qazı öz statistikasında bəyan etməmişdi. Bunlar da indikinin üstünə gəlsə, o zaman fərq daha çox olmalıdır”. 

Onun sözlərinə görə, Avropanın statistika qurumları cari ilin I yarısında bu qitədə satılan qazın min kubmetr üçün orta qiymətin 425 dollar olduğu göstərilib:

“Bu da ötən illə müqayisədə 2,1 dəfə azdır. Energerika Nazirliyinin saytında isə Azərbaycanın Avropaya satdığı qaz həcmi ötən illə müqayisədə cəmi 3 milyon kubmetr artıb. Belə ki, ötən il 5.4 milyard kubmetr idi, bu il isə 5,7 milyard kubmetr təşkil edir. Qiyməti isə iki dəfə aşağı düşüb. Dövlət Gömrük Komitəsinin statistikasında isə, ölkəmizin qaz ixracından əldə etdyi gəliri 800 milyon dollar artırılıb. Belə bir rəqəmin alınması mümkündürmü? Təbii ki, mümkün deyil. 

Bu rəqəmlərin necə alınması isə müəmmalıdır. Hazırda təbii qaz dünya bazarında öz dəyərini itirsə də, gömrük statistikasında Azərbaycan qazının ixrac dəyərinin ötən illə müqayisədə kəskin artığını göstərilib”.

Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq. Qurumun mövqeyini dərc etməyə hazırıq.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güclü külək əsəcək –XƏBƏRDARLIQ

Güclü külək əsəcək –XƏBƏRDARLIQ

Gömrükdə ƏMƏLİYYAT: 93 qutu dərman vasitəsi aşkarlandı

Gömrükdə ƏMƏLİYYAT: 93 qutu dərman vasitəsi aşkarlandı

Onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda saxlanılaraq Azərbaycana gətirildi –VİDEO

Onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda saxlanılaraq Azərbaycana gətirildi –VİDEO

“TikTok” vasitəsilə limitsiz pul köçürmək mümkün olacaq? – AÇIQLAMA

“TikTok” vasitəsilə limitsiz pul köçürmək mümkün olacaq? – AÇIQLAMA

Evdən 10 min manatlıq qızıl oğurlayan qadın SAXLANILDI

Evdən 10 min manatlıq qızıl oğurlayan qadın SAXLANILDI

Bu ayın 17 günü temperatur normadan yüksək olub – RƏSMİ

Bu ayın 17 günü temperatur normadan yüksək olub – RƏSMİ

İspaniyada bir gecədə on ZƏLZƏLƏ baş verib

İspaniyada bir gecədə on ZƏLZƏLƏ baş verib

Bütün qəsəbə bu binada yaşayır: İçərisində polis bölməsindən məktəbə qədər hər şey var

Bütün qəsəbə bu binada yaşayır: İçərisində polis bölməsindən məktəbə qədər hər şey var

Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

Elariz Məmmədoğlu: "Zəhmətimiz boşa gedir"

Elariz Məmmədoğlu: "Zəhmətimiz boşa gedir"

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

Kolleclərə qeydiyyat BAŞLADI

Kolleclərə qeydiyyat BAŞLADI

Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu

Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

Ərdoğan Yaponiya Baş naziri ilə nəyi müzakirə edib?

Ərdoğan Yaponiya Baş naziri ilə nəyi müzakirə edib?

Yevgeni Xmara Ukraynanın müdafiə naziri TƏYİN EDİLDİ

Yevgeni Xmara Ukraynanın müdafiə naziri TƏYİN EDİLDİ

Bu şəxslərin maaşı ilə bağlı QƏRAR

Bu şəxslərin maaşı ilə bağlı QƏRAR

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

End of content

No more pages to load

RADİO