“TikTok” vasitəsilə limitsiz pul köçürmək mümkün olacaq? – AÇIQLAMA

“TikTok”un istifadəçilər arasında pul köçürmələrinə imkan verən yeni funksiyanı istifadəyə verə biləcəyi barədə məlumat yayılıb. Azərbaycanda isə avqustun 1-dən etibarən kartlara mədaxil və kartdan-karta köçürmələr üzrə gündəlik maksimum 5 əməliyyat və aylıq 20 min manat limit tətbiq olunur. Bu isə xüsusilə onlayn satışla məşğul olan şəxslərlə bağlı sual yaradır.

“TikTok” üzərindən pul qəbul etmək kartdan-karta köçürmələrə tətbiq olunan limitlərdən yan keçməyə imkan verəcəkmi?

Bizim.Media-ya danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirir ki, “TikTok”da belə funksiyalar yaradılarsa, bu, bir sıra əməliyyatların platformanın öz daxilində həyata keçirilməsinə imkan verə bilər:
 

“Müxtəlif platformalara daxil olaraq “TikTok” üzərindən ödənişlərin və pul köçürmələrinin həyata keçirilməsi mümkün ola bilər. Bunun üçün isə, təbii ki, kart hesablarının həmin sistemə bağlanması tələb olunur.


Belə bir sistem Azərbaycanda da tətbiq edilərsə, vətəndaşların bu tətbiq üzərindən alış-veriş etməsinə görə ayrıca məhdudiyyət yaranacağını düşünmürəm. Alış-veriş zamanı vergi və ya idxal rüsumu ilə bağlı hər hansı öhdəlik yaranarsa, həmin ödənişlər mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilməlidir”.

“TikTok” tətbiqi daxilində limitsiz pul köçürmələri mümkün olacaq?

F.İbrahimovun sözlərinə görə, belə bir sistem Azərbaycanda da tətbiq edilərsə, bu əməliyyatlar Azərbaycan qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmalıdır.

““TikTok” ayrıca bir ödəniş platforması kimi fəaliyyət göstərsə belə, ölkə ərazisində həyata keçirilən maliyyə əməliyyatları mövcud məhdudiyyətlərdən yan keçməməlidir.
 

Kartdan-karta köçürmə imkanı yaradılarsa, limitə çatıldıqdan sonra əməliyyatların dayandırılması tətbiq oluna bilər. Hesabdan-hesaba köçürmələr isə artıq başqa qaydalarla tənzimlənir və burada vergi və digər qanunvericilik tələbləri də nəzərə alınmalıdır”.


Ekspert vurğulayır ki, “TikTok” üzərindən pul köçürmələrinin mümkün olması kartdan-karta mövcud limitləri aradan qaldıran mexanizmə çevrilməməlidir. Bu cür əməliyyatlar da digər ödənişlər kimi Azərbaycan qanunvericiliyinə uyğun şəkildə tənzimlənməlidir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qanunsuz fəaliyyət göstərən toyuq kəsim müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Qanunsuz fəaliyyət göstərən toyuq kəsim müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

Süni intellekt nəzarətdən çıxır- “OpenAI” əyləcə basdı

Süni intellekt nəzarətdən çıxır- “OpenAI” əyləcə basdı

Rumıniya Azərbaycandan neft idxalını KƏSKİN ARTIRIB

Rumıniya Azərbaycandan neft idxalını KƏSKİN ARTIRIB

Kiberdələduzluq halları kəskin artıb – DİN-dən əhaliyə ÇAĞIRIŞ

Kiberdələduzluq halları kəskin artıb – DİN-dən əhaliyə ÇAĞIRIŞ

Güclü külək əsəcək –XƏBƏRDARLIQ

Güclü külək əsəcək –XƏBƏRDARLIQ

Gömrükdə ƏMƏLİYYAT: 93 qutu dərman vasitəsi aşkarlandı

Gömrükdə ƏMƏLİYYAT: 93 qutu dərman vasitəsi aşkarlandı

Onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda saxlanılaraq Azərbaycana gətirildi –VİDEO

Onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda saxlanılaraq Azərbaycana gətirildi –VİDEO

“TikTok” vasitəsilə limitsiz pul köçürmək mümkün olacaq? – AÇIQLAMA

“TikTok” vasitəsilə limitsiz pul köçürmək mümkün olacaq? – AÇIQLAMA

Evdən 10 min manatlıq qızıl oğurlayan qadın SAXLANILDI

Evdən 10 min manatlıq qızıl oğurlayan qadın SAXLANILDI

Bu ayın 17 günü temperatur normadan yüksək olub – RƏSMİ

Bu ayın 17 günü temperatur normadan yüksək olub – RƏSMİ

İspaniyada bir gecədə on ZƏLZƏLƏ baş verib

İspaniyada bir gecədə on ZƏLZƏLƏ baş verib

Bütün qəsəbə bu binada yaşayır: İçərisində polis bölməsindən məktəbə qədər hər şey var

Bütün qəsəbə bu binada yaşayır: İçərisində polis bölməsindən məktəbə qədər hər şey var

Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

Elariz Məmmədoğlu: "Zəhmətimiz boşa gedir"

Elariz Məmmədoğlu: "Zəhmətimiz boşa gedir"

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

Kolleclərə qeydiyyat BAŞLADI

Kolleclərə qeydiyyat BAŞLADI

Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu

Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

Ərdoğan Yaponiya Baş naziri ilə nəyi müzakirə edib?

Ərdoğan Yaponiya Baş naziri ilə nəyi müzakirə edib?

End of content

No more pages to load

RADİO