Ali Rada Yevgeni Xmaranı Ukraynanın yeni müdafiə naziri təyin edib.
Bizim.Media xəbər verir ki, Ali Rada 312 səslə Xmaranın müdafiə naziri vəzifəsinə təyin edilməsini dəstəkləyib.
Onun lehinə 312, əleyhinə isə 2 nəfər səs verib. Daha 20 nəfər səs verməyib.
Xmara daha əvvəl Radadakı çıxışı zamanı artıq mülki şəxs olduğunu və hərbi xidmətdən tərxis olunduğunu demişdi.
Ukraynanın milli təhlükəsizlik qanununa görə, müdafiə naziri yalnız mülki şəxs olmalıdır.
Bizim.Media