Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

Avqustun 15-dən Bakı Metropolitenində aparılan təmir işləri səbəbindən “28 May”-“Nizami” istiqamətində qatarların hərəkəti dayandırılıb və bu vəziyyətin təxminən 11 ay davam edəcəyi bildirilir. Nəticədə “Dərnəgül” istiqamətindən gələn sərnişinlər “Nizami” stansiyasında düşərək təyin olunmuş ekspress avtobuslardan istifadə etməli olurlar. Bu isə sərnişin üçün əlavə 60 qəpik xərc deməkdir.
 
Məhz buna görə cəmiyyətdə həmin avtobusların ödənişsiz olması ilə bağlı tələblər səslənir. Metropolitendəki dəyişikliklə əlaqədar tətbiq olunan bu xüsusi marşrutların pulsuz olması mümkündürmü?
 
Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov ekspress avtobusların ödənişsiz olması ilə bağlı ictimai tələbi müsbət qiymətləndirdiyini bildirib.
 
“Çünki nəqliyyat siyasətində əsas meyar yalnız tarif və gəlir deyil, vətəndaşın rahatlığı, əlçatanlığı və gündəlik xərclərinin azaldılması olmalıdır. Xüsusilə metroda yaranmış məhdudiyyətləri kompensasiya etmək üçün təşkil olunan ekspress marşrutlar adi kommersiya xidməti kimi deyil, müəyyən mənada ictimai ehtiyacdan doğan alternativ nəqliyyat xidməti kimi qiymətləndirilməlidir. Vətəndaş onsuz da nəqliyyatdan istifadə etmək üçün pul ödəyir”, - deyə o qeyd edib
 
İqtisadçının fikrincə, əgər metro xəttində yaranmış problemə görə sərnişin alternativ ekspress avtobusdan istifadə etməyə məcburdursa, onun üzərinə əlavə maliyyə yükünün qoyulması yenidən nəzərdən keçirilməlidir:
 
“Burada söhbət böyük məbləğdən getməyə bilər. Amma hər gün işə və ya universitetə gedib-gələn vətəndaş üçün 50-60 qəpik əlavə ödəniş belə ayın sonunda nəzərəçarpacaq xərcə çevrilir. Xüsusilə tələbələr, aztəminatlı ailələr və gündəlik ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar üçün bu məsələ daha həssasdır”.
 
A.İbrahimovun sözlərinə görə, ekspress avtobusların müəyyən müddət ərzində ödənişsiz təşkil edilməsi mümkündür:
 
“Bunun üçün xidmətin xərcləri dövlət və ya şəhər büdcəsindən subsidiya edilə bilər. Əgər bu addım vətəndaşın rahatlığını artırır, avtomobildən istifadənin azalmasına və tıxacların yüngülləşməsinə səbəb olursa, həmin xərci yalnız xərc kimi qiymətləndirmək düzgün deyil. Hətta daha optimal model tətbiq oluna bilər: metro fəaliyyətində fasilə və ya məhdudiyyət yaranan zaman onu əvəz edən ekspress marşrutlarda vahid və ya pulsuz keçid sistemi tətbiq edilsin. Vətəndaş bir nəqliyyat xidmətində yaranmış problemin yükünü ikinci dəfə ödəniş etməklə daşımamalıdır”.
 
İqtisadçı deyib ki, ən azı 11 ay ekspress avtobusları ödənişsiz fəaliyyət göstərə bilər:
 
“Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis kimi bütün məsuliyyətimlə deyirəm ki, ən azı metro xəttinin normal fəaliyyətinə qayıdana qədər ekspress avtobusların ödənişsiz və ya əhəmiyyətli güzəştlə fəaliyyət göstərməsi ciddi şəkildə nəzərdən keçirilməlidir. Məsələn, Lüksemburqda ekspress marşrutlar ödənişsizdir. Düşünürəm ki, bunu Bakıda da tətbiq etmək olar”.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

Kolleclərə qeydiyyat BAŞLADI

Kolleclərə qeydiyyat BAŞLADI

Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu

Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

Ərdoğan Yaponiya Baş naziri ilə nəyi müzakirə edib?

Ərdoğan Yaponiya Baş naziri ilə nəyi müzakirə edib?

Yevgeni Xmara Ukraynanın müdafiə naziri TƏYİN EDİLDİ

Yevgeni Xmara Ukraynanın müdafiə naziri TƏYİN EDİLDİ

Bu şəxslərin maaşı ilə bağlı QƏRAR

Bu şəxslərin maaşı ilə bağlı QƏRAR

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı

Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı

Hava kəskin dəyişir: Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Qapını təkrar yoxlamaq vərdişi nəyin əlamətidir?

Qapını təkrar yoxlamaq vərdişi nəyin əlamətidir?

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu - FOTO

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu - FOTO

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

Payızda qiymət artımı gözləntisi

Payızda qiymət artımı gözləntisi

End of content

No more pages to load

RADİO