Türkiyənin xarici işlər naziri Hakan Fidan və amerikalı həmkarı Entoni Blinken arasında telefon danışığı baş tutub.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, tərəflər telefon danışığında NATO-nun genişlənməsi, Vilnüsdə keçiriləcək NATO Liderlər Zirvəsini müzakirə ediblər.
Danışıq zamanı, BMT-nin Suriyaya transsərhəd yardım mexanizminin uzadılması və Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media