Pilotlar selfi çəkərkən təyyarələr toqquşub - Detallar

Cənubi Koreyada 2021-ci ildə baş verən hərbi aviasiya qəzasının detalları açıqlanıb.

Bizim.Media xəbər verir ki, istintaq nəticələrinə əsasən, Cənubi Koreya Hərbi Hava Qüvvələri məxsus iki “F-15K” qırıcı təyyarəsinin toqquşmasına pilotların uçuş zamanı selfi və video çəkməsi səbəb olub.

Hadisə Daequ yaxınlığında təlim uçuşu zamanı baş verib.

Araşdırma hesabatına görə, pilotlar missiya gedişində xatirə məqsədilə foto və video çəkiblər. Onlardan biri bu uçuşun həmkarları ilə son missiyası olduğunu əsas gətirərək, uçuşdan əvvəl şəkil çəkəcəyini bildirib.

Məlumata əsasən, dönüş manevri zamanı arxadakı təyyarədə olan pilot mobil telefonu ilə çəkiliş aparıb, ön təyyarədəki pilot isə həmin anların videoa çəkilməsi üçün digər pilotdan kömək istəyib. Bu zaman arxadakı pilotun qəfil manevr etməsi iki təyyarə arasında məsafəni təhlükəli dərəcədə azaldıb.

İstintaq materialında qeyd olunur ki, arxadakı pilot “göstəriş xarakterli” manevr edərək, təyyarəni qəfil yuxarı qaldırıb, ön təyyarə isə toqquşmadan yayınmaq üçün sürətlə enməyə çalışıb. Lakin bu hərəkətlər nəticəni dəyişməyib və ön təyyarənin sol qanadı digər təyyarənin quyruq hissəsinə dəyib.

Qəza nəticəsində ölən və yaralanan olmayıb, lakin hər iki təyyarə ciddi zərər görüb.

Hadisə nəticəsində hərbi aviasiyaya təxminən 880 milyon von (təxminən 1 milyon manat) ziyan dəydiyi müəyyən edilib. Əvvəlcə pilotdan tam məbləğin ödənilməsi tələb olunsa da, o, qərardan şikayət verib. Pilot səhlənkarlığı etiraf etsə də, uçuş zamanı bu cür çəkilişlərin qeyri-rəsmi şəkildə geniş yayıldığını iddia edib.

Baxış şurası şikayəti qismən qəbul edərək, cəriməni 90 faiz azaldıb və pilotun təxminən 88 milyon von (təxminən 100 min manat) ödəməsinə qərar verib.

Qərarda qeyd olunub ki, hərbi uçuşlarda xatirə məqsədli çəkilişlər geniş yayılmış praktika olsa da, bunun kifayət qədər tənzimlənməməsi təhlükəsizlik risklərini artırıb.

Qəza ictimaiyyətə açıqlanandan sonra Cənubi Koreya Hərbi Hava Qüvvələri rəsmi üzr bəyanatı yayıb və uçuş təhlükəsizliyi qaydalarının sərtləşdiriləcəyini bildirib. Həmçinin hadisədə iştirak edən pilotlardan biri uçuş vəzifəsindən kənarlaşdırılıb və sonradan ordudan ayrılıb. (Qafqazinfo.az)

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Malayziyanın yeni səfiri Azərbaycana gəldi – FOTO

Malayziyanın yeni səfiri Azərbaycana gəldi – FOTO

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq – FOTO

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq – FOTO

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Mirrəhim Nəbiyev vəzifəsindən AZAD EDİLDİ

Mirrəhim Nəbiyev vəzifəsindən AZAD EDİLDİ

Qasparyandan rus blogerlərə ÇAĞIRIŞ – “Azərbaycanla bağlı danışanda məsuliyyətli olun” – VİDEO

Qasparyandan rus blogerlərə ÇAĞIRIŞ – “Azərbaycanla bağlı danışanda məsuliyyətli olun” – VİDEO

Azərbaycan XİN Əfqanıstanı təbrik etdi – FOTO

Azərbaycan XİN Əfqanıstanı təbrik etdi – FOTO

Ukrayna Rusiyanın ən böyük partlayıcı istehsal edən zavoduna zərbə endirdi – VİDEO

Ukrayna Rusiyanın ən böyük partlayıcı istehsal edən zavoduna zərbə endirdi – VİDEO

Başqasının xahişi ilə kredit götürürsünüzsə, BUNLARA DİQQƏT EDİN! – XƏBƏRDARLIQ

Başqasının xahişi ilə kredit götürürsünüzsə, BUNLARA DİQQƏT EDİN! – XƏBƏRDARLIQ

Yaşa görə əmək pensiyası ilə bağlı RƏSMİ AÇIQLAMA

Yaşa görə əmək pensiyası ilə bağlı RƏSMİ AÇIQLAMA

Trampdan GİZLİ TƏLİMAT – İranla bağlı yeni strategiya üzə çıxdı

Trampdan GİZLİ TƏLİMAT – İranla bağlı yeni strategiya üzə çıxdı

Ali məktəblərə ixtisas seçimi edənlərin DİQQƏTİNƏ!

Ali məktəblərə ixtisas seçimi edənlərin DİQQƏTİNƏ!

Qusarda 4 yaşlı uşaq faciəvi şəkildə HƏYATINI İTİRDİ

Qusarda 4 yaşlı uşaq faciəvi şəkildə HƏYATINI İTİRDİ

“By Ella” ləqəbli bloqer həbs edildi

“By Ella” ləqəbli bloqer həbs edildi

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı – FOTO

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı – FOTO

Boşanmaların ən yüksək olduğu ərazi...

Boşanmaların ən yüksək olduğu ərazi...

İnflyasiya ilə bağlı PROQNOZ – Hansı məhsullar bahalaşacaq?

İnflyasiya ilə bağlı PROQNOZ – Hansı məhsullar bahalaşacaq?

Türkiyədə polis idarəsinə dron hücumu – ANBAAN VİDEO

Türkiyədə polis idarəsinə dron hücumu – ANBAAN VİDEO

ABŞ hərbi təlimləri ixtisar etməklə bağlı Cənubi Koreyaya əvvəlcədən məlumat verməyib

ABŞ hərbi təlimləri ixtisar etməklə bağlı Cənubi Koreyaya əvvəlcədən məlumat verməyib

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bəzi məhsulları icazəsiz yığdığınıza görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? – VİDEO

Bəzi məhsulları icazəsiz yığdığınıza görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? – VİDEO

Şabranda ACINACAQLI DURUM – Şəhər orta əsrlər dövrünü xatırladır – VİDEO

Şabranda ACINACAQLI DURUM – Şəhər orta əsrlər dövrünü xatırladır – VİDEO

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Arıqlamaq istəyənlərin nəzərinə!

Arıqlamaq istəyənlərin nəzərinə!

End of content

No more pages to load

RADİO