Zaman keçdikcə insanların düşüncə tərzi də dəyişir və bu dəyişikliklər xüsusilə nəsillər arasında fərqli baxışların formalaşmasına səbəb olur. Bu fərqliliklər isə bir çox sahədə, o cümlədən ailə və evlilik mövzusunda daha qabarıq şəkildə özünü göstərir.
Son illərdə gənclər arasında evlilikdən sonra valideynlərlə birgə yaşamaq ənənəsinə yanaşma dəyişib.
Əvvəllər geniş yayılmış bu model indi bir çox gənc tərəfindən qəbul edilmir və onlar daha çox müstəqil yaşayışa üstünlük verirlər.
Lakin bu seçim bəzən valideynlər tərəfindən birmənalı qarşılanmır və nəticədə ailələr daxilində fikir ayrılıqlarına, hətta mübahisələrə səbəb olur.
Bizim.Media mövzuyla bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
Ətraflı videosüjetdə:
Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media