Almaniyanın Səhiyyə Nazirliyi avtomobillərdə uşaqlar və ya hamilə qadınlar olan zaman siqaret çəkməyi qadağan etmək istəyir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, artıq uzun müddət tələb olunan qadağa siqaret çəkməyənlərin müdafiəsi haqqında Federal qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.
Səhiyyə naziri Karl Lauterbax (ASDP) tərəfindən irəli sürülən layihə Nazirlər Kabinetinə təqdim olunmazdan əvvəl hələ digər nazirliklərlə razılaşdırılmalıdır.
Bizim.Media