Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Patriarx Varfolomey ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Zelenski patriarxı cəbhədəki vəziyyət və Rusiya Silahlı Qüvvələrinin mülki şəxslərə qarşı son cinayətləri barədə məlumatlandırıb.
Tərəflər Ukrayna sülh formulunu və ölkədən qanunsuz deportasiya edilmiş uşaqların geri qaytarılmasını müzakirə ediblər.
Patriarx Verfolomey Ukraynada sülhün əldə olunmasının vacibliyini qeyd edib.
Bizim.Media