Mərkəzi Bankın ötənilki zərəri 64 milyon manata ÇATDI – HESABAT 

Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ili 63 milyard 955 milyon manat xalis zərərlə başa vurub.

Bizim.Media AMB-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu vəsait 2021-ci illə müqayisədə 60,7% azalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Mərkəzi Bankı ötən il büdcəyə vəsait köçürməyib


2022-ci ildə AMB-nin faiz gəlirləri əvvəlki illə müqayisə 68,4 faiz artaraq 221,02 milyon manat təşkil edib. Faiz xərcləri isə ötən il 167,928 milyon manat olub ki, bu da 2021-ci ilə nisbətən 0,9 faiz çox olub. 

Mərkəzi Bankın ötən ilki haqq və komissiya gəlirləri əvvəlki illə müqayisədə 58,25 faiz çoxalaraq 32,421 milyon manat olsa da, haqq və komissiya xərcləri 3,5 faiz azalaraq 3,7 milyon manat təşkil edib. 

Eyni zamanda, amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə öhdəliklərinin ədalətli dəyərdə tanınması üzrə gəlirləri 8,4 dəfə artaraq 59,042 milyon manat olub. Törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 2,6% artaraq 23,863 milyon manat, investisiya fondlarındakı vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 34,4 dəfə artaraq 4,587 milyon manat təşkil edib.

Sair əməliyyat gəlirləri 30,357 milyon manat olub ki, 2021-ci illə müqayisədə 5,7 dəfə çoxdur. Sair əməliyyat xərcləri 44,8 faiz artaraq 115,206 milyon manata çatıb. Ötən il maliyyə öhdəliklərinin tanınması üzrə gəlirləri 59,042 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 7,9 dəfə çoxdur. 

AMB ötən il xarici valyuta əməliyyatları üzrə 4,090 milyon manat xalis gəlir əldə edib. Halbuki, 2021-ci ildə MB bu göstərici üzrə 935 min manat xalis zərərə uğrayıb. 

Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 68,632 milyon manat olub ki, bu da 2021-ci illə müqayisədə 13,8 faiz çoxdur. Digər gəlirləri isə 39,659 milyon manat təşki edib ki, bu da əvəlki ilə nisbətən 2,2 dəfə çoxdur. Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə 68,632 milyon manatlıq xalis zərərə məruz qalıb ki, bu da əvvəlki dövrlə müqayisədə 13,3% çoxdur. 

Mərkəzi Bankın sair əməliyyat gəlirləri 5,7 dəfə artaraq 30,357 milyon manat, dəyərsizləşmə üzrə ehtiyatın bərpası isə 2,2 dəfə artaraq 39,659 milyon manata bərabər olub.

Ancaq qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə əvvəlki illə müqayisdədə 5,8 dəfə çox zərər edib və bu həcm ötən il 92,846 milyon manat olub. Sair məcmu gəlirə aid olunan qiymətli kağızlarının realizasiyası üzrə xalis zərəri 29,906 milyon manat (2021-ci illə müqayisədə 15,5 % az), qiymətli kağızlarının dəyərsizləşməsi üzrə zərəri isə 776 min manat təşkil edib.

Qurumun törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri əvvəlki ilə nisbətən 2,6 faiz artaraq 23,863 milyon manat, investisiya fondlarındakı vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 34,5 dəfə artaraq 4,587 milyon manat olub. 

Bildirək ki, bütün bu vəsaitlər üst-üstə toplanmaqla, Mərkəzi Bankın 2022-ci ili 63,955 milyon manat zərərlə başa vurmasına səbəb olub.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

End of content

No more pages to load

RADİO