AQTA-dan 1 milyonluq TENDER – Qalib şirkətlə bağlı ŞÜBHƏLİ MƏQAMLAR – FOTO 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin cari ilin martın 31-də və aprelin 28-də elan etdiyi ümumi məbləği 1 milyon 009 min 679 manat olan tenderin nəticələrini və qalibini açıqlayıb.

Bizim.Media xəbər verir ki, martın 31-də başlayan maliyyə dəyəri 940 min 897 manat olan “Qazax-Tovuz Regional Bölməsinin Tovuz rayonu ərazisində yerləşən inzibati binasının tikinti işlərinin satın alınması” tenderinin qalibi “Harmony İndustrial Contruction and Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN - 1500429791) elan olunub.
 

MÖVZU İLƏ BAĞLI:

10 manatlıq şirkətlər milyonluq tenderlərdə qalib OLA BİLƏRMİ? – HÜQUQİ İZAH


Yaxın vaxtlarda aralarında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə görə, şirkət layihə-smeta sənədlərinə uyğun formada AQTA üçün inzibati binanın təmir işlərini həyata keçirəcək.

Qeyd edək ki, 28 fevral 2005-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşir. anuni təmsilçisi Orucov Əlövsət Bilal oğludur. 

Hüquqi ünvanda daha iki şirkət qeydiyyatdadır. Bunlar “Piramida-2001” MMC və “A-Marble” MMC-dir. “Piramida -2001” MMC-nin də qanuni təmsilçisi Əlövsət Orucovdur.

“A-Merable” MMC-yə gəlincə, bu şirkətin qanuni təmsilçisi kimi Orucova Maya Zülfüqar qızının adı qeyd edilib. Ehtimal olunur ki, Maya Orucova Əlövsət Orucovun xanımıdır. Əlövsət Orucov həm də “Piramida F.R” MMC-nin sahibi olub. 
"Piramida F.R” MMC-nin adına Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında rast gəlinmir. Şirkətin VÖEN-i hazırda "Harmony İndustrial Construction and Engineering Group” MMC-nin istifadəsindədir. Görünür, Ə.Orucov “Piramida F.R” MMC-nin şübhəli tenderlərdə iştirakı ilə bağlı mediada yayımlanan yazılardan ehtiyatlanaraq şirkətin adını dəyişdirib.

Yeri gəlmişkən, Ə.Orucov 3 şirkətin sahibi olsa da, iş adamı kimi onun barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur.

Şirkət ilk tenderini 28 avqust 2020-ci ildə qazanıb. Bərdə rayon mərkəzi xəstəxanasının “liftlərə xidmət göstərilməsi” ilə bağlı tenderinin qalibi elan olunur və aralarında 3 600 manatlıq satınalma müqaviləsi imzalanır. 

İkinci tenderini isə 19 aprel 2021-ci ildə əldə edib. Belə ki, həmin gün Bakı Şəhər Baş Səhiyyə İdarəsinin liftlərə xidmət göstərilməsi ilə bağlı elan etdiyi tenderin qalibi adıçəkiən şirkət elan edilir və aralarında 20 min 279 manatlıq satınalma müqaviləsi imzalanır. 

Qeyd edək ki, cari ilin yanvar ayının 10-da Mədəniyyət Nazirliyi ilə şirkət arasında məhkəmə çəkişməsi olub.

Belə ki, MN-nin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti aralarında imzalanan Podrat müqavilələrindən əmələ gələn öhdəliklər üzrə mübahisələri həll ermək üçün “Harmony İndustrial Construction and Engineering Group” MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutan məhkəmənin təfərrüatları barədə mərbuatda heç bir məlumat yoxdur.

Növbəti dəfə bu ilin aprel ayının 26-da Azərbaycan Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb. Əldə etdiyimiz məlumata görə, protokol təsdiq edilib və şirkət barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilməsi qərarı çıxarılıb.
Aprelin 28-də başlayan ümumi dəyəri 68 min 782 manat olan “AQTA-da istifadə edilən GPS və mobil qurğuların internet paketləri ilə təmin edilməsi xidmətlərinin satın alınması” tenderinin qalibi isə “Alkn Group” MMC (VÖEN - 1702285091) elan olunub. 

Tərəflər arasında bağlanan satınlama müqaviləsinin şərtlərinə əsasən, şirkət AQTA üçün 210 ədəd GSM paket xidmətlərini quraşdıracaq.

Paketə, mobil qurğuların mobil nömrə ilə və 12 ay müddətində 30 GB internet paketi ilə təmin olunması daxildir. Şirkət bundan başqa, 50 ədəd GPS xidmətləri həyata keçirəcək ki, buna da GPS qurğularına 12 aylıq dəstək xidmətlərinin göstərilməsi daxildir. 

Şirkət haqqında internet resurslarında nə qədər araşdırma aparsaq da, heç bir məlumat əldə edə bilmədik. Şirkətin yalnız İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alındığı məlumdur. 




Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi - FOTO

Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi - FOTO

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

RONALDO Corcina ilə tanışlığından danışdı

RONALDO Corcina ilə tanışlığından danışdı

Fərhad Ələkbərov müdir təyin olundu

Fərhad Ələkbərov müdir təyin olundu

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Tovuzda qəza: Xəsarət alanlar var

Tovuzda qəza: Xəsarət alanlar var

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

End of content

No more pages to load

RADİO