Dövlət Məşğulluq Agentliyindən 1 milyonluq TENDER – Qalib olan 10 manatlıq şirkət KİMİNDİR? – FOTO

“Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsinin 28 aprel və 3 may tarixlərində elan erdiyi ümumi dəyəri 1 milyon 018 min 495 manat olan iki tenderin nəticələri və qalibi açıqlanıb.

Bizim.Media xəbər verir ki, Quba Peşə Hazırlığı Mərkəzində İT infrastrukturun (sistemlərin) qurulmasına lazım olan avadanlıqlar, proqram təminatları və onların quraşdırılması (sazlanması) işlərinin satın alınması məqsədilə aprelin 28-də başladığı və 959 min 691 manatlıq tenderin qalibi “B 2 B Group” MMC (VÖEN - 1005873041) olub. 

Tərəflər arasında bağlanacaq satınlama müqaviləsinin şərtlərinə əsasən, şirkət Quba Peşə Hazırlığı Mərkəzi elektron hesablama maşınlarının və avadanlıqlarının satın alınmasını həyata keçirəcək.

Bunlar əsasən, 2 ədəd 42U markalı şəbəkə şkafı,  8 dəst “24 port cat 6 FTP” modul tipli sonlama qutusu, 360 ədəd “CAT-6” bağlayıcısı, 4 ədəd barmaq izi və kart oxuyucusu, 134 ədəd tavan və divar tipli səsucaldıcı, 2 ədəd masaüstü mikrafon, 1 ədəd mərkəzi konferans sistemi avadanlığı, 2ədəd server otağı üçün həssas soyutma sistemi və 78 adda digər avadanlıqlardır.

Bu şirkət haqqında qaranlıq iddialar var

Qeyd edək ki, “B 2 B Group” MMC 2019-cu ilin aprel ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi dövlət tərəfindən qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur. Məlumata görə Ramal Bəşirov əvvəllər sabiq Vergilər naziri Fazil Məmmədova məxsus olduğu iddia edilən "Caspel" şirkətində çalışıb. 

Mətbuatda həm bununla, həm də digər məsələlərlə bağlı yayılan iddialara 2021-ci ilin dekabr ayında şirkətin rəhbərliyi tərəfindən aşağıdakı cavab verilib.

Bildirilir ki, “B2B Group” MMC” yeni yaranmasına baxmayaraq, ölkədə İKT sahəsində 10 ildən artıq təcrübəsi olan bir neçə peşəkarı öz ətrafında birləşdirərək yola çıxıb:

“Şirkətdə ölkənin aparıcı İKT inteqrator şirkətlərində vaxtilə çalışmış bir neçə şəxslər rəhbər vəzifələr tutmaqdadır. Şirkətdə dünyanın aparıcı istehsalçı şirkətlərinin sertifikasiyasından keçmiş 10-dan artıq mütəxəssis çalışır. Məhz bu baxımdan rəsmi şəkildə bildirmək istəyirik ki, "B2B Group” MMC şirkətinin adını çəkdiyiniz şəxslərlə, eləcə də hal-hazırda dövlət vəzifəsində çalışan hər hansı bir digər şəxslə əlaqəsi yoxdur”. 

Bildirək ki, şirkət yarandığı ilk gündən etibarən böyük məbləğli tenderlərdə iştirak edib və satınalma müqavilələri bağlayıb. Belə ki, Milli Depozit Mərkəzinin 2021-ci ilin iyul ayının 29-da elan etdiyi "Kompüter, server, şəbəkə avadanlıqları, proqram təminatları və lisenziyaların satın alınması" üzrə tenderin qalibi olub və aralarında 414 min 478 manatlıq tender müqaviləsi imzalanıb. 

Növbəti dəfə  2021-cilin dekabrın 7-də DMA-nın "Bərdə Peşə hazırlığı Mərkəzində İT infrastrukturun (sistemlərin) qurulmasına lazım olan avadanlıq, proqram təminatları və onların quraşdırılmasının (sazlanmasının) satın alınması" üzrə yekun vurduğu tenderin qalibi olub və aralarında  838 min 133 manat manatlıq satınalma müqaviləsi imzalanıb. 
Şirkət ötən ilin noyabrın 22-də “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Publik Hüquqi Şəxsinin “Şuşa şəhərində yerləşən tarixi memarlıq abidələrinin qorunması məqsədi ilə video-müşahidə, təhlükəsizlik kameralarının quraşdırılması” ilə bağlı elan etdiyi tenderdə qalib olub və aralarında 384 min 427 manatlıq  müqavilə imzalanıb. 

Şirkət cari ildə də bir neçə tender müsabiqəsinin iştirakçısı və qalibi olub. Belə ki, bu ilin martın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  “Elektron poçt sisteminin qurulması üçün lisenziyanın və Nazirliyin Aparatında strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyində olan qurumlarda istifadəçi İT avadanlıqlarında proaktiv informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə XDR lisenziyasının satın alınması” tenderində qalib olub və birlikdə 1 milyon 186 min 977 manatlıq satınalma müqaviləsi imzalayıblar. 

Rövşən Ziya, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

Gəncədə gənc oğlan evində ölü tapıldı

Gəncədə gənc oğlan evində ölü tapıldı

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

ŞUŞA YOLU qlobal mükafat qazandı

ŞUŞA YOLU qlobal mükafat qazandı

“Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”

“Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”

Bakıda ən çox bina bu rayonda SÖKÜLƏCƏK

Bakıda ən çox bina bu rayonda SÖKÜLƏCƏK

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

Zelenskinin vəzifəsindən azad etdiyi İrina Mudraya saxlanıldı

Zelenskinin vəzifəsindən azad etdiyi İrina Mudraya saxlanıldı

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

End of content

No more pages to load

RADİO