Göygöldə 23 yaşlı gənc xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində baş verib.
2003-cü il təvəllüdlü Maşallah Bayramov bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib.
23 yaşlı gəncin kim tərəfindən və hansı şəraitdə bıçaqlanması ilə bağlı Göygöl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu