Belçikanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
Məlumata görə, belçikalı diplomata Belqorod vilayətinə edilən hücumla bağlı etiraz edilib.
Belə ki, hücum əməliyyatlarında kəşfiyyat-diversiya qrupunda Belçika istehsalı olan silahlardan istifadə edilib.
Bizim.Media