Prezidentdən 8 Mart təbriki

Azərbaycan qadınları milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuşlar.

Bizim.Media xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev bir qrup qadını təltif etdi - SİYAHI


Təbrikdə qeyd edilir ki, qadınlar milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi ölkəmizin sosial-iqtisadi, mədəni və elmi potensialının artırılması üçün qüvvələrini əsirgəmədən tariximizdə dərin iz qoyan fədakar, mübariz və məğrur sələflərindən aldıqları tükənməz mənəvi güc sayəsində bütün sınaqları dəf etmiş, öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirmişlər.

Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir.

Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, qırx dörd günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir.

Gözünü açıb Azərbaycanı azad və müstəqil görmüş həmin rəşadətli nəsildir ki, ümidləri doğruldaraq ədalətin bərpa edilməsində, uzun həsrətdən sonra Qarabağın Ana Vətənə qovuşmasında və məğrur xalqımıza hüdudsuz Zəfər sevincinin yaşadılmasında müstəsna payı vardır.

Təbrikdə daha sonra deyilir: “Mən torpaqlarımızın müdafiəsi zamanı canından keçmiş igid oğullarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına ən xoş arzularımı çatdırıram.

İnanıram ki, qurub-yaratmaq əzmi və sosial-mədəni fəallığı ilə seçilən zəngin mənəviyyatlı Azərbaycan qadını cəmiyyətimizin həyatına bundan sonra da yüksək dəyərlər qazandıracaq, bizi qarşıda gözləyən nəhəng quruculuq dövründəki nailiyyətləri ilə müstəqillik salnaməmizə yeni parlaq səhifələr yazacaqdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Bakıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Elgizin verilişinin yerinə bu proqram VERİLDİ - FOTO

Elgizin verilişinin yerinə bu proqram VERİLDİ - FOTO

İran və ABŞ yaxın saatlarda razılığa gələcək

İran və ABŞ yaxın saatlarda razılığa gələcək

Siyasi yaddaşın ağır hökmü və SON BAHARA ÇIXAN YOL

Siyasi yaddaşın ağır hökmü və SON BAHARA ÇIXAN YOL

"Bank Respublika"da POZUNTU AŞKARLANDI

"Bank Respublika"da POZUNTU AŞKARLANDI

Rəşad Dağlı azadlığa buraxılıb? – AÇIQLAMA/VİDEO

Rəşad Dağlı azadlığa buraxılıb? – AÇIQLAMA/VİDEO

Hidayət Heydərov: "Bütün hazırlıqlarımız Bakıdakı dünya çempionatına yönəlib"

Hidayət Heydərov: "Bütün hazırlıqlarımız Bakıdakı dünya çempionatına yönəlib"

DİQQƏT! Hacıqabulun 7 kəndində qaz olmayacaq

DİQQƏT! Hacıqabulun 7 kəndində qaz olmayacaq

Ayın 18-dən bütün universitetlərdə tədris distant olacaq? – AÇIQLAMA

Ayın 18-dən bütün universitetlərdə tədris distant olacaq? – AÇIQLAMA

Tahir Budaqov: “Süni intellekt müəyyən riskləri özü ilə gətirib”

Tahir Budaqov: “Süni intellekt müəyyən riskləri özü ilə gətirib”

Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR - VİDEO

Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR - VİDEO

Birinci sinfə qəbul olunan uşaqların sayı açıqlandı - RƏSMİ

Birinci sinfə qəbul olunan uşaqların sayı açıqlandı - RƏSMİ

Ukraynadan 33 tələbə Azərbaycana gətirildi – FOTO

Ukraynadan 33 tələbə Azərbaycana gətirildi – FOTO

Kurban Berdıyev bu futbolçunun transferini istəyir

Kurban Berdıyev bu futbolçunun transferini istəyir

Bakıda sabah yağış yağacaq

Bakıda sabah yağış yağacaq

Səudiyyə Ərəbistanı bu əməliyyatda ABŞ-a kömək etmədi – TƏFƏRRÜAT

Səudiyyə Ərəbistanı bu əməliyyatda ABŞ-a kömək etmədi – TƏFƏRRÜAT

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri MƏLUM OLUB- FOTO

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri MƏLUM OLUB- FOTO

Yevlaxda məktəblini maşın vuraraq öldürdü - ÖZƏL

Yevlaxda məktəblini maşın vuraraq öldürdü - ÖZƏL

Gəncədə xəsarət alan yeniyetmənin vəziyyəti açıqlandı

Gəncədə xəsarət alan yeniyetmənin vəziyyəti açıqlandı

1600 gəmi Hörmüz boğazı yaxınlığında “ilişib qalıb”

1600 gəmi Hörmüz boğazı yaxınlığında “ilişib qalıb”

Polkovnik Mayis Orucəliyev 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra

Polkovnik Mayis Orucəliyev 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra

Metronun iş rejimi dəyişdirilir - BU TARİXDƏN

Metronun iş rejimi dəyişdirilir - BU TARİXDƏN

Bakıda qadın hamamda yıxılıb öldü

Bakıda qadın hamamda yıxılıb öldü

End of content

No more pages to load

RADİO