Siyasi yaddaşın ağır hökmü və SON BAHARA ÇIXAN YOL

Keçmiş müsavatçı Yadigar Sadıqlı sosial şəbəkə hesabında İsa Qəmbərin Müsavat başqanlığına qayıdışını şərh edib:

“İki il əvvəl, 2024-cü il mayın 4-də İsa Qəmbər 10 illik fasilədən sonra  Müsavat başqanı postuna geri qayıtdı. Bu iki il ərzində bir topa güllə qoymadığı barədə bir söz deməyəcəyəm, hamının bildiyi şeydir. Əsas məsələ başqadır.

... İsa Qəmbər Müsavat başqanı postuna qayıtmaqla "müddət məhdudiyyəti" prinsipini gözdən saldı. Jurnalistin "bunu Putin-Medvedev yerdəyişməsi ilə müqayisə edirlər" qeydinə də ziyalıca "onu deyən qələt edir" cavabını verdi”.

Yadigar Sadıqlının bu paylaşımı ciddi müzakirələrə yol açıb. Əslində o yeni bir söz deməyib. Sadəcə “siyasi mübarizə”də növbəti iyrəncliyi bir daha gündəmə gətirib.

Bəs İsa Qəmbərin yenidən “aktiv”siyasətinə cəmiyyət niyə allergiya verir?

Nəzərə alaq ki, zaman axır, hər şey dəyişir. Dəyişməyənsə tarixi faktlardır. Bəlkə də müəyyən dövr müəyyən tarixi faktların üzərinə kölgə salmaq olar. Amma tarixi həqiqətlər qızıl kimidir, gec-tez parlayır və üzə çıxır.

Bu gün Azərbaycan suveren, azad və inkişafda olan bir dövlətdir. Amma bu uğura çatmaq üçün uzun zaman lazım oldu.

Ən pisi də odur ki, suverenliyin ilk illərində hakimiyyət uğrunda gedən siyasi çəkişmə həm dövlət suverenliyimizə, həm də ərazi bütövlüyümüzə çox böyük zərbələr vurdu.
 

Təbii ki, xalqımızın yaşadığı faciələrdə, dövlətimizin itkilərində ən böyük məsuliyyət AXC-Müsavat cütlüyünün üzərinə düşür. Bu cütlük bütün zamanlarda korporativ maraqlar üzərindən hərəkət edərək xalqı və dövləti daha ağır sınaqlar qarşısında qoyub.


Hakimiyyət uğrunda savaş: Şuşa və Laçın necə işğal olundu?

Bir anlığa xatırlayaq 1992-ci ilin may ayının 18-də AXC-Müsavat cütlüyü hakimiyyəti silahlı yolla ələ keçirdi. Halbuki həmin gün Laçın, mayın 8-də isə Şuşa Ermənistan işğalçılarına təslim edildi.
 

Bəli, bəli məhz təslim edildi. İnanmırsınız, mərhum yurnalist Çingiz Mustafayevin Laçında çəkdiyi məşhur kadrlara sösial şəbəkələrdə bir də baxın. Həmin kadrlarda açıq şəkildə görünür ki, hərbi hissələlər müəyyən qüvvələrin göstərişi ilə təmas xəttindən geri çəkilir.


Məhz həmin hərbi texnika bir neçə gün sonra Bakıda peyda oldu. AXC-Müsavat cütlüyünün üzvləri həmin tank və ağır texnikalarla Milli Məclisi mühasirəyə aldılar. Və hakimiyyət zorla ələ keçirildi.

Beləcə, əvvəlcə Xocalı qətliamı, daha sonra isə Şuşa və Laçının işğalı AXC-Müsavat cütlüyünün hakimiyyətə gedən yolunu açdı.

Amma o zamanın tarixini yaxşı bilənlər xatırlayır ki, 1992-ci ilin yanvar ayında Müdafiə Komitəsi yarandı. Həmin Müdafiə Komitəsinin üzvləri isə əsasən AXC-Müsavat cütlüyünün üzvləri idi.

Və yeni yaranan ordu və hərbi birliklər məhz bu Komitənin tabeçiliyinə verildi. Müdafiə Nazirliyi isə cəbhəçi Rəhim Qazıyevin “rəhbərliyi” altında idi. Bir sözlə 1992-ci ilin əvvəllərində AXC-Müsavat cütlüyü faktiki olaraq cəbhə bölgəsinə nəzarət edirdi.

“Vətənpərvərlik əclafların son sığınacaq yeridir” – Samuel Conson

4 il meydanlarda “Vətən”, “millət”, “azadlıq” deyə bar-bar bağıranlar cəmi 4 aya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təhlükəyə atdılar. Bu azmış kimi öz günahlarını o zamankı iqtidarın üzərinə ataraq silahlı yolla hakimiyyəti ələ keçirdilər.
 

“Elin gözü tərəzidir”. Xalq heç zaman bu qruplaşmaya etimad etməyib. Sadəcə, o zamankı iqtidarın səriştəsizliyi və qətiyyətsizliyi “meydan qəhrəmanları”nın asanlıqla hakimiyyəti ələ keçirməsinə şərait yaratdı.


Hakimiyyətə gəlişdən cəmi bir neçə gün sonra “meydan qəhrəmanları” öz simalarını xalqa göstərdilər. Bəlli oldu ki, onların niyyəti dövlət qurmaq yox, isti kabinetlərdə sərvət toplamaq və mövqe qazanmaqdır.

İsa Qəmbərin Elçibəyə xəyanəti

Belə olmasa idi, prezident Əbülfəz Elçibəyin prezident seçilməsindən cəmi bir neçə gün sonra İsa Qəmbər yeni partiya yaratdığını elan etməzdi.

Əslində bu İsa Qəmbərin şəxsi keyifiyyətinin təcəssümü və hakimiyyət hərisliyinin göstəricisi idi. Milli Məclisin sədri o zaman hakimiyyətdə ikinci şəxs idi. Amma İsa Qəmbər ikinciliklə barışmaq istəmirdi. Bunun üçün “ustad” dediyi Əbülfəz Elçibəyin kürəyinə “xəncər sancdı”. Baxmayaraq ki, o zaman dövləti qərarların verilməsində əsas söz sahibi İsa Qəmbər idi.

Tək bir faktı xatırladaq ki, 1992-ci ilin yayında parlamentin tribunasından İsa Qəmbər  bəyan etdi ki, Rusiya qarşımızı iki şərt qoymuşdu:

“Ya Qarabağ, ya müstəqillik. Biz də müstəqilliyi seçdik”.

Əslində isə məsələ çox sadə idi. Gəncədə Sovetdən qalma hərbi hissə vardı. Bu hərbi hissə Rusiya hərbçilərinin nəzarətində idi. O zaman Rusiya AXC-Müsavat cütlüyünə demişdi ki, müvəqqəti olaraq hərbi hissə Gəncədə qalsın.
 

Lakin AXC-Müsavat cütlüyü bu təklifi rədd etdi. Nəticədə Rusiya Müdafiə Nazirliyi hərbi hissənin bir hissəsini Xankəndinə, bir hissəsini isə Ermənistana eskalasiya etdi. Sonradan həmin hərbi birləşmələr ermənilərin əsas “vuran əli” oldu. Beləcə torpaqlarımız sürətlə işğal olundu.


Ona görə də Azərbaycan torpaqlarının 20 faiz işğalında, bir milyona yaxın soydaşımızın köçkün düşməsində və 30 mindən artıq insanın şəhid olmasında, itkin düşməsindən İsa Qəmbərin yanlış qərarlarının böyük payı var.

“Hakimi-mütləq” obrazı və daxili qorxu

İsa Qəmbər AXC-Musavat iqtidarı dövründə özünü hakimi-mütləq kimi aparırdı. Onun iradəsi əleyhinə çıxanları müxtəlif yollarla “zərərsizləşdirirdi”. Ona görə də bir illik hakimiyyətləri dövründə “meydan qəhrəmanları” özlərini daha çox İsa Qəmbərdən qorumağa çalışırdılar.

İsa Qəmbər o zamanlar yerişini və duruşunu da dəyişdirmişdi. Saqqalı və qəlyanı ilə özünü İngilis siyasətçi Çörçilə bənzədirdi. Və çox qəribə idi ki, onun tərəfdarları da İsa Qəmbəri bu böyük siyasətçi ilə müqayisə edirdilər.

Lakin zamanla İsa Qəmbərin əsl siması üzə çıxdı...

Bir faktı xatırladaq ki, 1993-cü ilin iyununda ölkədə başlayan vətəndaş müharibəsinin qarşısını almaq üçün xalq Ümummilli lider Heydər Əliyevi təkidlə Bakıya dəvət edirdi. Ancaq hakimiyyətdəki bəzi şəxslər, xüsusilə də İsa Qəmbər bunun qəti əleyhinə gedirdi. Sonda əlacsız qalan İsa Qəmbər yaxın dostları Pənah Hüseyni, İxtiyar Şirinovu və digərlərini güdaza verdi.

Amma bu qurbanlar İsa Qəmbərin siyasi karyerasını xilas etmədi və o spikerlikdən getmək məcburiyyətində qaldı.

Surət Hüseynovun təhdidləri İsa Qəmbəri küncə sıxışdırmışdı. 1993-ci ilin iyun ayının son günlərində Milli Məclisdə İsa Qəmbər acizanə yalvarırdı:

“Heydər müəllim, biz sizin təcrübənizə və qətiyyətinizə inanırıq. İnanırıq ki, bizi bu bəladan (Surət Hüseynov bəlasından-red) ancaq siz qurtara bilərsiniz”.

Ümumilli liderin siyasi hakimiyyətə gəlişiylə vətəndaş qarşıdurmasının və uğursuz müharibənin qarşısı alındı.

AXCP-Müsavat tandeminin dəyişməyən xətti

Amma siyasi sabitlik dövründə İsa Qəmbər öz xislətini gizlətmədi. Yenidən siyasi hakimiyyətə gəlmək üçün bütün yollara əl atdı. Hətta bu yolda qatı düşməni Əli Kərimli ilə də ittifaqa girdi.

Qeyd edək ki, İsa Qəmbər Əli Kərimlini heç zaman qəbullanmayıb. Amma öz məkrli məqsədləri üçün bir çox hallarda onunla separat razılaşmaya gedib. Bu cütlüyü bağlayan qaranlıq keçmişləri və bir də ortaq maraqları olub.

“Milli Şura”nın yaranması – Əli Kərimli və İsa Qəmbər yenidən bir arada

Son 30 ilin tarixinə baxsaq görərik ki, həm İsa Qəmbər, həm Əli Kərimli ancaq pozuculuqla məşğul olublar. Sözügedən əməllərini isə özbaşına yox xarici qüvvələrin əmrləri ilə reallaşdırıblar. Bu xidmətlərinə görə NED, Soros fondu və USAİD kimi təşkilatlardan külli miqdarda qrantlar da alıblar.
 

2010-cu illərin əvvəlində İsa Qəmbər və Əli Kərimlinin “Milli Şura”da bir araya gəlməsi və sonrakı illərdə davam edən mitinqlər də müvafiq xəttin davamı idi. Bu dəfə də məqsəd eyni olsa da, sifarişçi fərqli biri – Ramiz Mehdiyev idi. Çünki nə Əli Kərimli, nə də İsa Qəmbər üçün maliyyənin hardan gəldiyinin fərqi yoxdur. Pulu kim verirsə, ağa da odur.



“Yusif Sərrac” oyunu və Arif Hacılı faktoru

Amma bütün cəhdlər boşa gedəndə İsa Qəmbər “Yusif Sərrac” oyununu oynadı. Bədnam tarixi keçmişini unutdurmaq üçün bir müddət gözdən-könüldən kənara çəkilməyi qərara aldı və başqanlığı Arif Hacılıya ötürdü. Əslində İsa Qəmbərin bu seçimi də təsadüfi deyil.

Hər kəs bilir ki, Arif Hacılı emosional və idarəetmə təcrübəsi olmayan birisidir. İsa Qəmbər də məhz belə bir adamı özünə varis təyin etməklə özünün “nəhəngliyini” partiyadaşlarına göstərmək istədi. Və bir müddət keçəndən, “sular durulandan” sonra yenidən başqanlıq postuna qayıtdı.

Amma dövran dəyişmişdi.

Xalq hər kəsi artıq çox yaxşı tanıyır: öz ambisiyaları naminə yaxın dostlarını belə satan İsa Qəmbəri də, Ramiz Mehdiyevə qoşulub dövlət çevrilişi planları quran Əli Kərimlini də...
 

Bu gün istər Müsavat, istərsə də AXCP müstəqil və qüdrətlənən Azərbaycanın siyasi maraqlarına zərbə vurur. Siyasi dayaqlarını ölkədə yox, xaricdə axtaran bu partiyalar ancaq anti-milli mövqedən çıxış edirlər.


Böyük siyasi iddiada olan bu cütlük seçkilərə qatılmır. Əgər bir partiya, siyasi qüvvə seçkilərə qatılmırsa, onda onların hədəfi nədir - hakimiyyət, yoxsa siyasi diversiya?

AXCP-Müsavatın son baharı

Bir sözlə, fəaliyyətsiz, ideyasız və yalnız köhnə şüarların təkrarına çevrilən bu strukturlar faktiki olaraq siyasi missiyalarını başa vurublar.

Siyasət şəxsi kreslo marağı deyil, cəmiyyətə fayda vermək məsuliyyətidir. Nə faydası, nə də ictimai qarşılığı qalmayan partiyaların formal mövcudluğunu davam etdirməsi isə yalnız siyasi imitasiya təsiri bağışlayır.

Keçmiş müsavatçı Yadigar Sadıqlı demişkən “bir topa güllə qoymayan” AXCP və Müsavat kimi partiyaların mövcudluğu kimə lazımdır?!

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Diri Baba"nı dirçəltmək üçün yarım milyondan çox pul ayrılır

"Diri Baba"nı dirçəltmək üçün yarım milyondan çox pul ayrılır

Qusar məktəblisi respublika müsabiqəsində birinci oldu - FOTO

Qusar məktəblisi respublika müsabiqəsində birinci oldu - FOTO

CBC Sport futbol azarkeşlərindən üzr istədi - BƏYANAT

CBC Sport futbol azarkeşlərindən üzr istədi - BƏYANAT

Əsəblərinə hakim ola bilməyən qadın marketi biri-birinə qatdı – ANBAAN VİDEO

Əsəblərinə hakim ola bilməyən qadın marketi biri-birinə qatdı – ANBAAN VİDEO

Həyəcan təbili çalınır: Bir metropol yerin dibinə qərq olur

Həyəcan təbili çalınır: Bir metropol yerin dibinə qərq olur

Kassa aparatları ilə dövriyyə bu il nə qədər olub?

Kassa aparatları ilə dövriyyə bu il nə qədər olub?

Agentlik sədrinin müşaviri işdən çıxdı - FOTO

Agentlik sədrinin müşaviri işdən çıxdı - FOTO

Bir aya yaxındır Xəzərdə itkin düşən balıqçının axtarışları DAYANDIRILIB? – İddialara rəsmi REAKSİYA

Bir aya yaxındır Xəzərdə itkin düşən balıqçının axtarışları DAYANDIRILIB? – İddialara rəsmi REAKSİYA

Bakıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Bakıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Elgizin verilişinin yerinə bu proqram VERİLDİ - FOTO

Elgizin verilişinin yerinə bu proqram VERİLDİ - FOTO

İran və ABŞ yaxın saatlarda razılığa gələcək

İran və ABŞ yaxın saatlarda razılığa gələcək

Siyasi yaddaşın ağır hökmü və SON BAHARA ÇIXAN YOL

Siyasi yaddaşın ağır hökmü və SON BAHARA ÇIXAN YOL

"Bank Respublika"da POZUNTU AŞKARLANDI

"Bank Respublika"da POZUNTU AŞKARLANDI

Rəşad Dağlı azadlığa buraxılıb? – AÇIQLAMA/VİDEO

Rəşad Dağlı azadlığa buraxılıb? – AÇIQLAMA/VİDEO

Hidayət Heydərov: "Bütün hazırlıqlarımız Bakıdakı dünya çempionatına yönəlib"

Hidayət Heydərov: "Bütün hazırlıqlarımız Bakıdakı dünya çempionatına yönəlib"

DİQQƏT! Hacıqabulun 7 kəndində qaz olmayacaq

DİQQƏT! Hacıqabulun 7 kəndində qaz olmayacaq

Ayın 18-dən bütün universitetlərdə tədris distant olacaq? – AÇIQLAMA

Ayın 18-dən bütün universitetlərdə tədris distant olacaq? – AÇIQLAMA

Tahir Budaqov: “Süni intellekt müəyyən riskləri özü ilə gətirib”

Tahir Budaqov: “Süni intellekt müəyyən riskləri özü ilə gətirib”

Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR - VİDEO

Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR - VİDEO

Birinci sinfə qəbul olunan uşaqların sayı açıqlandı - RƏSMİ

Birinci sinfə qəbul olunan uşaqların sayı açıqlandı - RƏSMİ

Ukraynadan 33 tələbə Azərbaycana gətirildi – FOTO

Ukraynadan 33 tələbə Azərbaycana gətirildi – FOTO

Kurban Berdıyev bu futbolçunun transferini istəyir

Kurban Berdıyev bu futbolçunun transferini istəyir

Bakıda sabah yağış yağacaq

Bakıda sabah yağış yağacaq

Səudiyyə Ərəbistanı bu əməliyyatda ABŞ-a kömək etmədi – TƏFƏRRÜAT

Səudiyyə Ərəbistanı bu əməliyyatda ABŞ-a kömək etmədi – TƏFƏRRÜAT

End of content

No more pages to load

RADİO