İran və ABŞ yaxın saatlarda Hörmüz boğazında bloklanan gəmilər probleminin həlli ilə bağlı razılığa gələ bilərlər.
Bizim.Media xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Tehran və Vaşinqton İranın blokadasının yumşaldılması müqabilində Hörmüz boğazının mərhələli şəkildə açılması ilə bağlı ilkin razılığa gəliblər.
Bildirilir ki, razılaşma baş tutarsa, boğazda gəmilərin hərəkətinin tədricən bərpa olunması gözlənilir.
Qeyd edək ki, son günlər Hörmüz boğazında yaranmış gərginlik beynəlxalq gəmiçilik və enerji bazarları üçün ciddi risklər yaradıb.
Bizim.Media