“Azərbaycanın şərtlərini qəbul etməsək, yeni müharibə başlayacaq” - Erməni siyasətçi
"Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı şərtlərini qəbul etməsə, yeni müharibə başlaya bilər".
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın Cənubi Qafqaz üzrə Mərkəzinin Tvitterdəki səhifəsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müşaviri, 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlarda iştirak edən Jirayr Liparityanın bəyanatına istinadən yazılıb.
"Qarabağ bizim deyil. Müharibə nəticəsində Qarabağ haqqında nə isə demək imkanını itirdik", - Liparityan bildirib.
Bizim.Media