“ABŞ-dan ədalət gözləmək sadəlövhlükdür” – Sahib Alıyev

“Vaşinqton danışıqlarının necə bitəcəyi haqda orada nə baş verdiyindən hər kəsdən daha çox xəbərdar olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin artıq ilkin açıqlaması var. Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən dünənki beynəlxalq konfransda səsləndirlən həmən açıqlama elə də nikbin deyil.

Səbəbinə də dövlət başçımız yenə özü aydınlıq gətirdi. O bildirdi ki, qarşı tərəf Azərbaycanın terrorizm, ekstremizm, radikalizm və separatizmə qarşı birgə mübarizə haqda təklifinə cavabında “separatizm” sözünün üstündən xətt çəkib”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev sosial şəbəkə hesabında yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən dünya ölkələrinə: “Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq”


Bu, nə deməkdir? 

Deputatın sözlərinə görə, Ermənistan Azərbaycana qarşı torpaq iddialarına son qoymaq niyyətində deyil:

“Vaşinqton danışıqlarının arzulanan şəkildə bitəcəyi haqda bir halda əminlikə danışmaq olardı ki, onun təşkilatçısı ədalətli demirəm, çünki dünyada hegemonluq edən, yaxud da buna can atan hər hansı bir gücdən ədalət gözləmək sadəlövhlükdür, beynəlxalq hüquq və normaların prinsipial tərəfdarı kimi çıxış etsin. ABŞ-ın hərəkətlərində isə biz bunu görmürük. 

Sözü gedən ölkənin bu yaxınlarda açıqlanmış Təhlükəsizlik Strategiyasında Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün təşviq edilməsi vurgulandığı halda bizimkinə yanaşmada eyni mövqe sərgilənmir. Orada  sadəcə Ermənistanla Azərbaycan arasında sülhün təşviqindən söhbət gedir. 
Soruşuram, nəyə əsaslanan sülhün? Ermənistanın Azərbaycan qarşı torpaq iddiasına dayanan sülhümü ABŞ nəzərdə tutur? Belə deyilsə, nədən öz səfirini Şuşaya göndərmir və Qarabağın Azərbaycan torpağı olmasını açıq şəkildə dilə gətirimir? 

Cənab İlham Əliyevin də Şuşada vurğuladığı kimi çox təəssüf ki, Ermənistan özü indi bizim ərazi bütövlüyümüzü tanımağa “Qərbdəki bəzi dostlarından” daha meylli görünür və ötən ilin oktyabrındakı Praqa, Soçi Bəyannamələri də təsdiqəyir ki, “A” deyən rəsmi İrəvan “B” də deyə bilər.

Əlbəttə, əgər Praqa görüşündə Paşinyana yandaşlıq edən Makronun ölkəsi Fransa, yaxud da Soçi görüşünü təşkil edən Rusiya və digərləri maneçilik törətməsələr. Amma törədirlər. 
Fransanın Ermənistandakı revanşizm tərəfdarlarından daha çox revanşist hərəkətləri, Kremlin sözçüsü Peskovun Vaşinqton görüşü haqda son açıqlaması məhz bunu deməyə əsas verir. 

O üzdən də Azərbaycan Prezidenti çoxtərəfli yox, Ermənistanla ikitərəfli danışıqlar aparmağın daha önəmli və belədə real nəticələrin əldə edilməsi perspektivinin daha yüksək olduğunu bildirir.

Dövlət Departamentinin təmsilçisi Vedant Patelin dedikləri də göstərir ki, effektlilik baxımından onlar da birbaşa dialoqa üstünlük veirirlər. Yeri gəlmişkən, Vaşinqton danışıqları zamanı eşitdiyim ən önəmli açıqlama Antoni Blinkenin milli azlıqlar probleminin sonrakı mərhələdə həlli ilə bağlı sözləridir.

Mən belə başa düşürəm ki, ABŞ artıq Qarabağdakı hayların orada qalıb təhlükəsiz yaşamaları üçün qərbi azərbaycanlıların da öz yurd yerlərinə qayıtmalarının önəmliliyini anlayır. Və onu da anlayır ki, onların da Ermənistanda hüquq və təhlükəsizlikləri təmin edilməlidir.
Orasını da deyim ki, bəzi dövlətlər sülh anlaşması olmadan Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması və əməkdaşlığa başlanması haqda da düşünürlər. Ancaq Azərbaycan Prezidentinin dünən Şuşada dediklərindən də aydın görünür ki, buna getməyəcəyik. 

Niyə də getməliyik?  

Bizə qarşı düşmənçilik siyasəti yeridənlərin güclənib yenidən torpaqlarımızı işğal etmək fikrinə düşmələri üçünmü? Ona görə də dövlət başçımızın da bildirdiyi kimi Ermənistan sülh anlaşmasını imzalamayacağı təqdirdə, torpaqlarımız işğal altında olarkən həmən ölkəyə qarşı hansı siyasət yeridilmişdisə, eynisi yeridiləcək. Yəni o, yenə də təcrid vəziyyətində saxlanacaq”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Yevlaxda balıqçı itkin düşdü

Yevlaxda balıqçı itkin düşdü

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Coni məşhur olmadan əvvəl nə edirdi?

Coni məşhur olmadan əvvəl nə edirdi?

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Balakəndə "Mercedes" radar dirəyinə çırpıldı - VİDEO

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Hörmüz boğazı sabahdan açılır? - Qəribabadidən açıqlama

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

İran Hörmüz boğazında Hindistana məxsus tankeri saxladı

End of content

No more pages to load

RADİO