İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan-Fransa əlaqələrinin perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılmasının zəruriliyini bildirərək Ketrin Kolonnanın ölkəmizə səfəri zamanı bir çox məsələlər ətrafında hərtərəfli müzakirələrin keçiriləcəyinə əminliyini ifadə edib, bunun gələcək əməkdaşlıq üçün faydalı ola biləcəyini vurğulayıb. 

Dövlət başçısı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsinin növbəti mərhələ üçün yol xəritəsinin tərtib edilməsi baxımından önəmli olduğunu bildirib.

Azərbaycan Prezidenti ikitərəfli münasibətlərin gündəliyinin həmişə çox geniş olduğunu deyib, siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və digər sahələrdə əməkdaşlığın yaxşı tarixə malik olduğunu qeyd edib.

Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirinin regiona səfər etdiyini vurğulayaraq bu çərçivədə eyni zamanda regional əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin də müzakirə olunacağına ümidvarlığını bildirib.

Dövlət başçısı 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra məhz ölkəmizin Ermənistanla qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh müqaviləsi imzalamaq təklifini irəli sürdüyünü və bunun üçün rəsmi İrəvana 5 prinsip təqdim etdiyini vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir.

Bu xüsusda dövlət başçısı vurğulayıb ki, Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşımasını həyata keçirirdi.

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsi olduğunu qeyd edib.

Ketrin Kolonna Fransa Prezidenti Emmanuel Makronun salamlarını dövlət başçısına çatdırıb. Vurğulayıb ki, Emmanuel Makron Azərbaycan Prezidenti ilə açıq və mütəmadi əlaqələrə çox önəm verir.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Emmanuel Makrona çatdırmağı xahiş edib.

Ketrin Kolonna bildirib ki, Fransa Azərbaycanda və ümumiyyətlə Cənubi Qafqaz regionunda sülhün, iqtisadi və sosial inkişafın mövcud olmasını istəyir və ölkəsinin məqsədi həmişə bundan ibarət olub.

Qonaq Fransanın ikitərəfli əlaqələrə, eyni zamanda, Avropa İttifaqı çərçivəsində əlaqələrə böyük önəm verdiyini bildirərək bu istiqamətdə geniş potensialın mövcud olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gənclər niyə problemləri həll etmək yerinə ayrılmağı seçir? - AÇIQLAMA

Gənclər niyə problemləri həll etmək yerinə ayrılmağı seçir? - AÇIQLAMA

Yeni doğulan oğulları ilə kamera qarşısına keçdilər – FOTO

Yeni doğulan oğulları ilə kamera qarşısına keçdilər – FOTO

Qadınlara romantik jestlər etməyən BÜRCLƏRİN kişiləri

Qadınlara romantik jestlər etməyən BÜRCLƏRİN kişiləri

Gülben Ergenin "Instagram" gəliri gündəm oldu

Gülben Ergenin "Instagram" gəliri gündəm oldu

Elə riskə getdi ki, faciənin qarşısını aldı - VİDEO

Elə riskə getdi ki, faciənin qarşısını aldı - VİDEO

Qətərin Baş naziri sabah İrana gedir

Qətərin Baş naziri sabah İrana gedir

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Meteohəssas insanlar, hazır olun: Uzunmüddətli maqnit qasırğası başlayır

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - Səbəb

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Tovuzda “VAZ-2107” traktora çırpıldı - Xəsarət alan var

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – VİDEO

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Bürclərin mükəmməl sevgi xəritəsi: Bir-birinə uyğun olanlar

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — Açıqlama

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Keçmiş baş nazir müavininin xanımı öldürüldü – Azərbaycanla bağlı sirli keçmişi yenidən gündəmdə

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Aidə Əliyevaya AFFA-da vəzifə verildi - FOTO

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Hakan Fidan: "YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək"

Yevlaxda balıqçı itkin düşdü

Yevlaxda balıqçı itkin düşdü

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Çempionlar Liqasının püşkatmasında yeni qayda

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Nepalda daşqın nəticəsində ölənlərin sayı ARTDI

Coni məşhur olmadan əvvəl nə edirdi?

Coni məşhur olmadan əvvəl nə edirdi?

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

ABŞ Çini dövlət qurumlarına kiberhücumlarda İTTİHAM ETDİ

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

“Apple” yeni məhsullarının təqdimat TARİXİNİ açıqladı

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

End of content

No more pages to load

RADİO