Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Təhlükəsizlik Şurasına sədrliyini şərh edib.
Bizim.Media xəbər verir ki, Podolyak Lavrovun sədrliyini “ikiüzlülük və demokratiyanın alçaldılması” adlandırıb.
“Lavrovun BMT TŞ-yə sədrliyi riyakarlıqdır. Çünki o, BMT Təhlükəsizlik Şurasına sədrlik edir, müharibəni, qırğınları və dağıntıları qanuniləşdirir”, - deyə Podolyak qeyd edib.
Qeyd edək ki, aprelin 1-də Rusiya BMT TŞ-na sədrliyi ələ alıb, aprelin 24-25-də isə Lavrov BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edib.
Bizim.Media