"AZAL tezliklə özəlləşdiriləcək” - Ekspertdən ŞƏRH

"Dövlət şirkətlərində idarəçilik sistemi axsayır. Bu, ləngidici amildir və büdcədən vəsaitlərin sovrulması üsuludur. Belə davam edə bilməz".

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-sında keçirdiyi mətbuat konfransında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən xəbərdarlıq: “Kim yeni qaydalarla düzgün, dürüst və şəffaf işləməsə məsuliyyətə cəlb olunacaq


Ölkə başçısının sözügedən cavabının detalları ilə bağlı iqtisadçı alim Emin Qəribli ilə əlaqə saxladıq.

İqtisadçı bildirdi ki, "Buna dair iqtisadi nəzəriyyədə çox mübahisələr olub. Bəzi iqtisadi məktəblər hesab edir ki, bütün dünyada liberal iqtisadiyyat yürüdülməlidir və səmərəliliyin təminatı üçün dövlət müəssisələri məhdud sayda olmalıdır. Praktikada isə əksi də olur.

Strateji müttəfiqimiz olan İtaliyada ən böyüş şirkət dövlətə məxsusdur. İngiltərədə də dövlət müəssisələri mühüm rol oynayır. 


Digər tərəfdən neftimiz var və bu şəxsi ola bilməz, xalqa məxsusdur. Ona görə də bu, dövlət müəssisəsi olmalıdır. İdarəçiliyinə gəldikdə isə bu təkmilləşdirilməlidir. Xarici təcrübəni öyrənsək, yaxşı olardı.

İqtisadiyyatda tam şaxələndirmə istəyiriksə, ixracatı çoxaltmaq istəyiriksə, neft asılılığını azaltmalıyıq. 

Büdcə asılılığı da problemlərdən biridir. Bu problem bütün neft ixrac edən ölkələrdə var."

Emin Qəriblinin sözlərinə görə sadalanan asılılıqları aradan qaldırmaq üçün müəyyən dövr lazımdır. Çünki elə də asan proses deyil.
 

"Menecerlər İnstitutu formalaşmalıdır. Bu isə 4-cü Sənaye İnqilabına keçid üçün təkan verəcək. Yəni, yaradılmış İnvestisiya Holdinqi bu işi görməlidir.


Dəmir Yolları və SOCAR-ın dövlətə aid olması daha məntiqlidir. Buna aid layihələri dövlətin maliyyələşdirməsi daha realdır. Çünki şəxsi sektorda o qədər pul tapmaq çətindir. Amma dövlətdə bu vəsait var. 

Amma AZAL-ın tezliklə özəlləşdirilməsi istisna deyil. Turizmin inkişafı üçün də bu sahə irəliləməlidir"deyən Emin Qəribli yaxın zamanlarda digər müəssisələrin də özəlləşdiriləcəyini təxmin etdi. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

End of content

No more pages to load

RADİO