Ukrayna ordusu Xerson vilayətində Dnepr boyunca irəliləyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BBC telekanalı mənbələrə istinadən yayıb.
Nəşr yazır ki, həftəsonu rusiyalı hərbi blogerlər Ukrayna Silahlı Qüvvələrinin Dnepr çayının sol sahilinə desant atdığını elan ediblər. Xerson vilayətinin qondarma administrasiyası bunu təkzib edib.
Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) blogerlər tərəfindən yayımlanan kadrların dəqiq haradan götürüldüyünü müəyyən edə bilib.
Təsdiq ediblər ki, Ukrayna hərbçiləri həqiqətən də Oleşkinin şimalında möhkəmlənib və bu şəhərin şimal kənarına doğru hərəkət ediblər.
Rəsmi Kiyev əks-hücumun başlaması haqda informasiya yaymayıb.
Bizim.Media