Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvadan Nyu-Yorka uçması dünyada ən çox izlənən uçuş olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova teleqram kanalında məlumat verib.
Təyyarə uçuşlarını izləməyə imkan verən “Flightradar” onlayn xidmətinin məlumatına görə, Lavrovun təyyarəsini eyni zamanda 700 mindən çox, ümumilikdə isə təxminən 3 milyon insan izləyib.
“Bu rekorddur”, - deyə Zaxarova qeyd edib.
Bizim.Media