Rusiya rusiyalı jurnalistlərə ABŞ vizalarının verilməməsini nə unutmayacaq, nə də bağışlayacaq.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının qarşıdakı iclasında iştirak etmək üçün Nyu-Yorka uçmazdan əvvəl hava limanında jurnalistlərə deyib.
“Ən əsası, arxayın olun, biz unutmayacağıq, bağışlamayacağıq”, - deyə S.Lavrov vurğulayıb.
ABŞ tərəfinin rusiyalı jurnalistlərə viza verməkdən imtina etməsi faktını dünən ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Qeyd edək ki, aprelin 25-də BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq nizamlanması mövzusunda nazirlər səviyyəsində iclası keçiriləcək.
Bizim.Media