Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesindən DANIŞDI - FOTO 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonu qəbul edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan XİN-dən məlumat verilib. 

Görüşdə tərəflər arasında Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar müzakirə edilib.

C.Bayramov post-münaqişə mərhələsində Azərbaycanın Ermənistanla normallaşma, o cümlədən gələcək sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüs irəli sürən tərəf kimi, prosesin uğurla nəticələnməsində maraqlı olduğunu bildirib.
Buna baxmayaraq, qeyd edilən istiqamətlərdə Ermənistan tərəfindən prosesə maneçilik səyləri, sülh sazişinin mətni üzrə Azərbaycanın sonuncu təkliflərinə 6 həftə ərzində hələ də cavab verməməsi, bir sıra provokativ bəyanatlar və təxribatlar diqqətə çatdırılıb.

Bununla yanaşı, Ermənistandan azaraq Azərbaycana keçmiş hərbçilərin qısa müddətdə Ermənistana geri təhvil verilməsi kimi etimad quruculuğu tədbirlərinə baxmayaraq, Ermənistanda Azərbaycan hərbçilərinə qarşı son zorakılığın Ermənistan tərəfindən pozucu fəaliyyətin nümunəsi olduğu qeyd edib.

Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün tərəflər arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb. 

E.Olson, öz növbəsində, bölgədə sülh və sabitliyin bərqərar olunmasının əhəmiyyətini, bunun üçün sülh sazişinin imzalanmasının zəruri olduğunu bildirib. ABŞ tərəfinin Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda aparılan bu danışıqlara dəstək verməyə daim hazır olduğunu diqqətə çatdırıb. 
Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gürcüstanda dəhşətli hadisə: 15 yaşlı Əli Azərbaycan dilində danışdığı üçün bıçaqlandı – VİDEO

Gürcüstanda dəhşətli hadisə: 15 yaşlı Əli Azərbaycan dilində danışdığı üçün bıçaqlandı – VİDEO

Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində - FOTO

Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində - FOTO

“Azərbaycanın dialoq platformaları təzyiqlərlə üzləşən insanların səsini daha geniş auditoriyaya çatdırır” – FOTO

“Azərbaycanın dialoq platformaları təzyiqlərlə üzləşən insanların səsini daha geniş auditoriyaya çatdırır” – FOTO

Prezident “Həkəriçay” su anbarının təməlqoyma mərasimində - FOTO

Prezident “Həkəriçay” su anbarının təməlqoyma mərasimində - FOTO

“Kamran” şadlıq evində kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanaya yerləşdirildi - ÖZƏL

“Kamran” şadlıq evində kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanaya yerləşdirildi - ÖZƏL

TƏCİLİ: Tehranda ardıcıl partlayışlar baş verdi – VİDEO

TƏCİLİ: Tehranda ardıcıl partlayışlar baş verdi – VİDEO

Keniyalı jurnalist: “Afrikanın elmi nailiyyətləri lazımınca işıqlandırılmır” – FOTO

Keniyalı jurnalist: “Afrikanın elmi nailiyyətləri lazımınca işıqlandırılmır” – FOTO

Xaçmazda yaşayış evi yandı – ÖZƏL -VİDEO

Xaçmazda yaşayış evi yandı – ÖZƏL -VİDEO

20 qəpiyə necə maşın almaq olar? – Çoxları cibində sərvət gəzdirir

20 qəpiyə necə maşın almaq olar? – Çoxları cibində sərvət gəzdirir

Skuter sürənləri bu cərimələr gözləyir – 4000 manatadək

Skuter sürənləri bu cərimələr gözləyir – 4000 manatadək

Afrika haqqında formalaşdırılan mənfi təsəvvürlərə seneqallı jurnalistdən REAKSİYA – FOTO

Afrika haqqında formalaşdırılan mənfi təsəvvürlərə seneqallı jurnalistdən REAKSİYA – FOTO

Monteneqroda baş verən cinayətin izi Azərbaycana qədər uzandı... – DETALLAR

Monteneqroda baş verən cinayətin izi Azərbaycana qədər uzandı... – DETALLAR

Jan-Mişel Brun Bakıda Fransa mətbuatının əsl simasını İFŞA ETDİ – FOTO

Jan-Mişel Brun Bakıda Fransa mətbuatının əsl simasını İFŞA ETDİ – FOTO

Bu aylarda doğulan insanlar tezliklə talelərini dəyişəcəklər

Bu aylarda doğulan insanlar tezliklə talelərini dəyişəcəklər

Baham adalarında TƏYYARƏ QƏZASI – Bütün sərnişinlər həyatını itirdi – VİDEO

Baham adalarında TƏYYARƏ QƏZASI – Bütün sərnişinlər həyatını itirdi – VİDEO

Alston Lourens: “Bəzən bizim hərəkatlar radikal kimi təqdim olunur” – FOTO

Alston Lourens: “Bəzən bizim hərəkatlar radikal kimi təqdim olunur” – FOTO

Şəkər tozu BAHALAŞACAQ

Şəkər tozu BAHALAŞACAQ

Sedrik Monzia Aundu: “Jurnalistlərin əsas vəzifəsi daha ədalətli informasiya mühiti formalaşdırmaqdır” – FOTO

Sedrik Monzia Aundu: “Jurnalistlərin əsas vəzifəsi daha ədalətli informasiya mühiti formalaşdırmaqdır” – FOTO

Qobustanda AĞIR QƏZA – Yaralılar var - VİDEO

Qobustanda AĞIR QƏZA – Yaralılar var - VİDEO

Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər

Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər

Bakı–Şamaxı yolunda “KamAZ” aşdı – VİDEO

Bakı–Şamaxı yolunda “KamAZ” aşdı – VİDEO

Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

İran nüvə obyektlərini bərpa edir – FOTOFAKT

İran nüvə obyektlərini bərpa edir – FOTOFAKT

End of content

No more pages to load

RADİO