Almaniya kansleri Olaf Şolts Ukraynadakı münaqişənin yaxın gələcəkdə bitməyəcəyi proqnozunu verib.
Bizim.Media xəbər verir ki, o, bu fikrini yerli nəşriyyat tərəfindən keçirilən konfransda panel müzakirəsi zamanı bildirib.
Şolts bildirib ki, Ukraynadakı münaqişə iki və ya dörd il (2027-ci ilə qədər) davam edə bilər:
“Bu, Almaniya üçün ciddi sınaq olacaq. Biz mümkün olan hər şeyi edəcəyik ki, lazım olan müddətə qədər Ukraynanı dəstəklək üçün imkanımız olsun”.
Bizim.Media