NATO Baş katibinin müavini Mirça Coananın mandatı uzadılıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq məlumat verib.
"Onun siyasi bacarığı, təcrübəsi transatlantik Alyansımız üçün güclü vasitə olmağa davam edir. Mirçanın xidmətlərinə görə mən onun Baş katibin müavini kimi mandatını bir il, yəni 2024-cü il oktyabrın ortalarına qədər uzatdım. Mirçaya fədakarlığına görə təşəkkür edirəm və birgə işimizi davam etdirməyi səbirsizliklə gözləyirəm", - deyə Stoltenberq qeyd edib.
Bizim.Media