İsrail İranla mümkün qarşıdurmalara hazırlıqlar çərçivəsində Tehran rejiminin fəaliyyətlərini izləmək üçün “Ofek” adlı casus peykinin yeni versiyasını orbitə çıxarıb.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki bununla bağlı İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.
Peykin orbitə buraxılması İsraillə İran arasında gərginliyin artması, İranın nüvə proqramının genişlənməsi və bu ölkənin Rusiya ilə ikitərəfli müttəfiqliyinin gücləndirilməsi ilə eyni vaxta təsadüf edir.
Aylardır planlaşdırılan buraxılışa İsrailin müdafiə naziri Yoav Qallant nəzarət edib.
Bizim.Media