Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 xarici işlər nazirlərinin toplantısı çərçivəsində Böyük Britaniyadan olan həmkarı Ceyms Kleverli ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bunu türkiyəli nazir özünün “Twitter” hesabında məlumat verib.
O, həmkarı ilə Ukraynadakı son durumu və NATO-nun genişlənməsini müzakirə etdiyini bildirib.
M.Çavuşoğlu, həmçinin Britaniyanın zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində Türkiyəyə verdiyi dəstəyə görə həmkarına təşəkkür edib.

Bizim.Media