“Zirə” klubu qapıçısı Aydın Bayramovla müqaviləni uzadacaq.
Bizim.Media xəbər verir ki, rəhbərlik artıq qolkiperlə ilkin razılıq əldə edib.
Razılaşmaya əsasən Bayramovla müqavilə daha bir illiyinə uzadılacaq.
Qeyd edək ki, Aydın Bayramov 2024-cü ildən “Zirə”nin şərəfini qoruyur.
Rəşad Rafiqoğlu, Bizim.Media