Azərbaycanın Əməkdar rəssamı VƏFAT ETDİ - FOTO

Əməkdar rəssam Ağasaleh Nuriyev fevralın 23-də, 83 yaşında vəfat edib.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Ağasaleh Məmmədhüseyn oğlu Nuriyev 28 mart 1940-cı ildə Bakıda anadan olub.

1962-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə Kiyev Dövlət Rəssamlıq İnstitutunu rəssam-monumentalçı ixtisası üzrə bitirib. 1976-cı ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilib.
Əsərləri respublikamızla yanaşı Rusiya, Almaniya və Türkiyədə sərgilərdə nümayiş olunub.

Rəssamın yaradıcılığında vitrajlar xüsusi yer tutur. O, Azərbaycan Rəssamlar İttifaqında (“Flora və fauna”, 1973), Səməd Vurğunun Ev-Muzeyində (1975) vitraj kompozisiyaları, AMEA Əlyazmalar İnstitutunda M.Füzuli və M.Ş.Vazehin vitraj portretləri, Bibiheybət məscidində vitrajların müəllifidir.

Dəzgah vitraj nümunələri arasında “Kristal struktur”, “Ritmik kompozisiya I”, “Bürkü”, “Uçuş”, “Metamorfoz”, “Noktürn”, “Müasir ritmlər”, “Major kompozisiyası” və s. əl işləri xüsusilə maraq doğurur.

Rəssam “Musiqiçilər” kompozisiyası (“İnşaatçılar” metro stansiyasının bədii tərtibatı) ilə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (1976) iştirak edərək medala layiq görülüb.
Ağasaleh Nuriyev 2006-cı ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb. “Nurlu sənət dünyası” adlı sonuncu fərdi sərgisi 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində keçirilib.

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaxın 4 kəndində qaz olmayacaq

Qaxın 4 kəndində qaz olmayacaq

Qızıl və gümüşün qiyməti artır

Qızıl və gümüşün qiyməti artır

Saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Neft yenidən BAHALAŞDI

Neft yenidən BAHALAŞDI

Qalibaf: “ABŞ-ın İranda “Mənə inan, qardaş” əməliyyatı iflasa uğradı”

Qalibaf: “ABŞ-ın İranda “Mənə inan, qardaş” əməliyyatı iflasa uğradı”

Yeni məzənnə: Avro və rus rublu bahalaşdı

Yeni məzənnə: Avro və rus rublu bahalaşdı

Vaşinqton Tehranın Yaxın Şərqdə ən böyük təhlükə olduğunu açıqladı

Vaşinqton Tehranın Yaxın Şərqdə ən böyük təhlükə olduğunu açıqladı

Yaponiyada daha bunu etmirlər: Alimlər səbəbini bilmir

Yaponiyada daha bunu etmirlər: Alimlər səbəbini bilmir

Bu gün 3 bürc üçün nəhayət qara buludlar dağılır

Bu gün 3 bürc üçün nəhayət qara buludlar dağılır

Tramp ailəsi qəribə nəzəriyyəni təkzib etdi

Tramp ailəsi qəribə nəzəriyyəni təkzib etdi

Balkon səfası edənlərə XƏBƏRDARLIQ – QAYDALAR SƏRTLƏŞİR

Balkon səfası edənlərə XƏBƏRDARLIQ – QAYDALAR SƏRTLƏŞİR

Bakıda torpaq qiymətinə villalar satılır - FOTO

Bakıda torpaq qiymətinə villalar satılır - FOTO

Nikola Sarkozi şərti azadlığa buraxıldı

Nikola Sarkozi şərti azadlığa buraxıldı

"Bitcoin"in qiyməti 81 min dollardan aşağı endi

"Bitcoin"in qiyməti 81 min dollardan aşağı endi

Çempionlar Liqası: PSJ ikinci finalçı oldu - VİDEO

Çempionlar Liqası: PSJ ikinci finalçı oldu - VİDEO

İnsanları əslində kasıb edən nədir? - Platonun izahı

İnsanları əslində kasıb edən nədir? - Platonun izahı

Gəncədə 14 yaşlı yeniyetmə kəsici alətlə xəsarət aldı

Gəncədə 14 yaşlı yeniyetmə kəsici alətlə xəsarət aldı

Çətin tərbiyə olunan uşaqlar üçün xüsusi mərkəz YARADILACAQ?

Çətin tərbiyə olunan uşaqlar üçün xüsusi mərkəz YARADILACAQ?

Bu gün əsl yaz havası OLACAQ

Bu gün əsl yaz havası OLACAQ

Biləsuvarda DƏHŞƏT – İki gənc bıçaqlandı

Biləsuvarda DƏHŞƏT – İki gənc bıçaqlandı

6 ildən sonra konsert verəcək - 40 dəqiqəyə bütün biletlər satıldı

6 ildən sonra konsert verəcək - 40 dəqiqəyə bütün biletlər satıldı

BİZİM TƏQVİM:Mayın 7-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 7-də baş vermiş tarixi hadisələr

Kredit götürmək istəyənlərin DİQQƏTİNƏ: Faizlər qalxa bilər

Kredit götürmək istəyənlərin DİQQƏTİNƏ: Faizlər qalxa bilər

Yaz gəldi, allergiyanız "oyandı"? - Qarşısını alan GÖYƏRTİ

Yaz gəldi, allergiyanız "oyandı"? - Qarşısını alan GÖYƏRTİ

End of content

No more pages to load

RADİO