Türkiyədə baş verən episentri Kahramanmaraş olan dağıdıcı zəlzələlərdən sonra NATO-nun Baş katibi Yens Stoltenberq ölkəyə səfər edib.
Bizim.Media xəbər verir ki, Stoltenberq Adanadakı 10-cu Tanker Baza Komandanlığında milli müdafiə naziri Hulusi Akarla görüşüb.
Akar və Stoltenberq helikopterlə Hataya gedərək zəlzələnin vurduğu ziyanın miqyasını havadan izləyiblər.
Türkiyəli nazir zəlzələ və onlardan sonra görülən işlər barədə NATO Baş katibinə məlumat verib.
Qeyd edək ki, səfər çərçivəsində NATO baş katibi Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla da görüşüb.
Bizim.Media