Rumıniya Rusiyanın Buxarestdəki səfirliyinin bir əməkdaşını "persona non grata" elan edərək ölkədən çıxarmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində dərc olunmuş bəyanatında bildirilib.
Rumıniya XİN-in məlumatına görə, Rusiyanın səfiri xarici işlər nazirinin tapşırığı ilə nazirliyə çağırılıb.
Qeyd olunub ki, buna səbəb 24–26 iyul tarixlərində Rumıniyanın hava məkanının dəfələrlə pozulması və ölkə ərazisinə pilotsuz uçuş aparatlarının düşməsi olub. Konkret olaraq hansı diplomatın “arzuolunmaz şəxs” elan edildiyi qeyd olunmur.
Eyni zamanda bildirilib ki, Rumıniyanın Moskvadakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb.
Bizim.Media