Masallı rayonunda baş verən bədbəxt hadisə ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə bir neçə gün əvvəl rayon ərazisindən keçən çaylardan birində baş verib.
Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Çoşqun Quliyev çaya tullandığı zaman boyun nahiyəsindən ağır xəsarət alıb. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, müalicə aldığı tibb müəssisəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media