Paytaxtın yollarından birində təhlükəli vəziyyət qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bir neçə azyaşlı uşaq yüksək sürətlə skuterlə yolun əks istiqamətində hərəkət edib.
Hadisə həmin vaxt yolda olan motosiklet sürücüsü tərəfindən mobil telefonun kamerası ilə qeydə alınıb.
Görüntüləri sosial şəbəkədə paylaşan sürücü valideynlərə müraciət edərək, övladlarına nəzarəti gücləndirməyə çağırıb. O, bu cür halların həm uşaqların, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaratdığını vurğulayıb.
Bizim.Media