Ağdaş rayonunda tikinti işləri aparılan ərazidən kütləvi şəkildə ilan sürüsü aşkarlanıb.
Bizim.Media “nocomment.az”a istinadla xəbər verir ki, görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Kadrlardan göründüyü kimi, tikinti meydançasında ağır texnikanın (ekskavatorun) fəaliyyəti zamanı torpağın altından onlarla ilan çıxıb.
Bir araya toplaşan sürünənlərin çoxluğu işçilər arasında təşviş yaradıb.
Hadisə yerindən çəkilən kadrları təqdim edirik:
Bizim.Media