Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Kiyevə səfərinin ilk təəssüratlarını bölüşüb.
Bizim.Media xəbər verir ki, Aİ prezidenti bu barədə rəsmi “Twitter” hesabında paylaşım edib.
Şarl Mişel bildirib ki, o əməkdaşlığın bütün sahələrini müzakirə etmək üçün Kiyevə gəlib:
“2023-cü il qələbə və sülh ili olsun".
O, Ukrayna əsgərləri üçün reabilitasiya mərkəzinə baş çəkdiyini də qeyd edib: “Kiyevdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən reabilitasiya mərkəzində veteranların cəsarətindən şokdayam. Ukrayna sarsılmazdır”.
Qeyd edək ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Prezident Volodimir Zelenski ilə görüşüb.
Bizim.Media