FIFA futbolun inkişafına 2,8 milyard dollar ayıracaq

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) futbolun inkişafına dair layihələrin daha geniş maliyyələşdirilməsini təmin etmək üçün bu ilin yanvarından FIFA FORWARD 3.0 proqramının icrasına start verəcək.

Bizim.Media FIFA-nın saytına istinadən xəbər verir ki, 6 konfederasiyadan 211 üzv assosiasiyanın ehtiyaclarının ödənilməsinə yerli səviyyədə dəstək verilməsini nəzərdə tutan proqram çərçivəsində ümumilikdə 2,8 milyard ABŞ dollarından çox vəsait ayrılacaq.

İcrasına 2016-cı ildə başlanılan proqramın ilk iki mərhələsində üzv qurumların dəstəklənməsi məqsədilə ödənişlərin məbləği yeddi dəfə artıb.

Yanvardan etibarən reallaşdırılacaq üçüncü mərhələdə investisiyaların əhəmiyyətli hissəsi FIFA-nın əsas məqsədlərinin dəstəklənməsinə yönəldiləcək. Əsas hədəflərdən biri dünyada qadın futbolçuların sayının 2026-cı ilədək 60 milyona çatdırılmasıdır.

Bu proqram, həmçinin FIFA prezidentinin futbolun qlobal səviyyədə kütləviliyinin və rəqabət qabiliyyətinin artırılması ilə bağlı vizyonunu ifadə edir. Bu amillər Qətərdə keçirilən dünya çempionatında özünü açıq şəkildə göstərdi.

FIFA prezidenti Canni İnfantino proqram barədə deyib:

“Biz FORWARD proqramını işə saldığımız zaman futbol qlobal səviyyədə inkişafının yeni erasına qədəm qoydu və hazırda üçüncü mərhələyə doğru gedir.

Futbolun inkişafı üçün daha güclü zəmin yaratmaq öhdəliyimizi gücləndirməyimiz çox vacibdir”. FIFA prezidenti bu məqsədlərə nail olmaq üçün ayrılan vəsaitin 2016-cı ildən sonra yeddi dəfə artırıldığını bildirib.
Dörd il ərzində icra olunacaq proqram futbolun uzunmüddətli inkişafına töhfə verən spesifik layihələrin reallaşdırılmasına, ən çox yardıma ehtiyac duyan üzv assosiasiyalar üçün milli komandaların səyahət və yaşayış xərclərinin ödənilməsinə və ləvazimatların alınmasına, regionlarda futbolun inkişaf etdirilməsinə və təbliğinə, kişilər, qadınlar və gənclər arasında regional yarışlarının təşkilinə dəstək verilməsini nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış sənət adamları BİR ARADA – Cığatel İsaqızının yaradıcılıq gecəsi keçiriləcək – VİDEO

Tanınmış sənət adamları BİR ARADA – Cığatel İsaqızının yaradıcılıq gecəsi keçiriləcək – VİDEO

Kişilərin illərlə unuda bilmədiyi 3 BÜRCÜN qadını

Kişilərin illərlə unuda bilmədiyi 3 BÜRCÜN qadını

Azərbaycanda əhalinin borc yükü ARTDI

Azərbaycanda əhalinin borc yükü ARTDI

Tramp: “ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürməkdə davam edir”

Tramp: “ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürməkdə davam edir”

Moskvadan Brüsselə XƏBƏRDARLIQ: Gərginlik nəzarətdən çıxa bilər

Moskvadan Brüsselə XƏBƏRDARLIQ: Gərginlik nəzarətdən çıxa bilər

Azərbaycanda evlənə bilməyənlərin çoxu ali təhsillilərdir – Savad artdıqca tələb də artır?

Azərbaycanda evlənə bilməyənlərin çoxu ali təhsillilərdir – Savad artdıqca tələb də artır?

"Sabah" - "Slaviya" matçının heyətləri AÇIQLANDI

"Sabah" - "Slaviya" matçının heyətləri AÇIQLANDI

Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı

Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı

Macarıstan Orban dövründən qalan anti-LGBT qanunlarını LƏĞV ETDİ

Macarıstan Orban dövründən qalan anti-LGBT qanunlarını LƏĞV ETDİ

“Azad qadın”ın kölgəsində böyüyən cəhalət - Gələcəyimizi hicabla boğmaq TƏHLÜKƏSİ

“Azad qadın”ın kölgəsində böyüyən cəhalət - Gələcəyimizi hicabla boğmaq TƏHLÜKƏSİ

Moskva xəbərdarlıq etdi: “Siyasi həll olmasa, hərbi yola əl atılacaq”

Moskva xəbərdarlıq etdi: “Siyasi həll olmasa, hərbi yola əl atılacaq”

A Seriyasında daha bir baş məşqçi İSTEFASI

A Seriyasında daha bir baş məşqçi İSTEFASI

Leyla Əliyevadan “44” filminin təqdimatından PAYLAŞIM - VİDEO

Leyla Əliyevadan “44” filminin təqdimatından PAYLAŞIM - VİDEO

Baş nazir İqtisadi Şuranı topladı - FOTO

Baş nazir İqtisadi Şuranı topladı - FOTO

Ağ Ev ABŞ-ın Yunanıstandakı səfirindən istefa verməsini TƏLƏB ETDİ

Ağ Ev ABŞ-ın Yunanıstandakı səfirindən istefa verməsini TƏLƏB ETDİ

Aİ qapıları Ermənistanın üzünə açılacaqmı? - Mirzoyandan AÇIQLAMA

Aİ qapıları Ermənistanın üzünə açılacaqmı? - Mirzoyandan AÇIQLAMA

“Yuventus” Ronaldo ilə bağlı qərardan ŞİKAYƏT ETDİ

“Yuventus” Ronaldo ilə bağlı qərardan ŞİKAYƏT ETDİ

Kamboca Krallığının birinci xanımı İçərişəhərdə - FOTO

Kamboca Krallığının birinci xanımı İçərişəhərdə - FOTO

Niderlandın xarici işlər naziri Azərbaycana SƏFƏR EDƏCƏK

Niderlandın xarici işlər naziri Azərbaycana SƏFƏR EDƏCƏK

Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara HÖKM OXUNDU

Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara HÖKM OXUNDU

Tramp daha 4 il ABŞ prezidenti olmaq istədiyini AÇIQLADI

Tramp daha 4 il ABŞ prezidenti olmaq istədiyini AÇIQLADI

Parlamentin növbəti iclasında 12 məsələ müzakirə ediləcək - SİYAHI

Parlamentin növbəti iclasında 12 məsələ müzakirə ediləcək - SİYAHI

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

Laos Prezidentinin Azərbaycana səfərindən yaddaqalan anlar – VİDEO

Laos Prezidentinin Azərbaycana səfərindən yaddaqalan anlar – VİDEO

End of content

No more pages to load

RADİO