Boksçularımız bu il neçə medal qazanıb?

Bu il müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları 77 medal qazanıblar. 

Bizim.Media xəbər verir ki, yığmalarımız bu mükafatları qatıldıqları 15 beynəlxalq yarışda əldə ediblər. Onlardan 30-u qızıl, 20-si gümüş və 27-si bürüncdür.

Avropa çempionatlarında 18 medal

Boksçularımız 77 medaldan 18-nə Avropa çempionatı və ya birinciliklərində sahib olub. Milli komandalarımızın üzvləri iştirak etdiyi qitəsəviyyəli yarışlarda qadınların Avropa çempionatı istisna olmaqla, hər birində qızıl mükafat qazanıblar.
Yığmamızın heyətində U-22-lərin Avropa çempionatında Nicat Hüseynov (51 kq), gənclərin qitə birinciliyində Kənan Babayev (48 kq), məktəblilərin Avropa birinciliyində Sübhan Babayev (44 kq), yeniyetmələrin Avropa birinciliyində Məhəmmədəli Qasımzadə (57 kq) və Emili Rzayeva (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib.

Komandalarımız göstərdiyi nəticələrə əsasən 2 yarışda (U-22 və məktəblilərin Avropa birinciliyi) qitənin 4-cüsü, birində 6-cısı (gənclərin Avropa birinciliyi), digərində 7-ci (yeniyetmələrin Avropa birinciliyi) olub.

İdmançılarımız Avropa birinciliklərində 5 qızıl medalla yanaşı, 5 gümüş və 8 bürünc mükafat da əldə ediblər. Fəxri kürsüyə yüksələnlər arasında qız boksçumuz da yer alıb.

Banuçiçək Nəsirli (44 kq) Azərbaycan tarixində ilk dəfə məktəblilər arasında keçirilən yarışda bürünc mükafata sahib olub. Həmçinin Emili Rzayeva (70 kq) yeniyetmələr arasında qitə birinciliyində ilk dəfə himnimizi səsləndirən azərbaycanlı boksçu adına yiyələnib. Qadın boksçularımız isə 3 illik fasilədən sonra Avropa çempionatından ölkəmizə medallarla qayıdıblar.

Olimpiya qızılına doğru 
 
Ayrı-ayrı yığmalarımıza gəlincə, son 11 ayda kişi boksçulardan ibarət komandamız daha çox medal qazanıb. Milli iştirak etdiyi 4 beynəlxalq turnirdə 13 qızıl, 4 gümüş və 12 bürünc mükafata yiyələnib. Federasiyanın “Olimpiya qızılına doğru” başlatdığı devizi nəzərə alsaq, bu kifayət qədər uğurlu nəticədir.

49 boksçu ilə təmsil olunduğumuz turnirlərdə 60,4 faizlik göstərici qeydə alınıb. Deməli, çəki dərəcələrinin dəyişməsinə və azalmasına baxmayaraq, Paris-2024 Yay Olimpiya Oyunlarına böyük ümidlə baxa bilərik.

U-22-lərin Avropa çempionatında yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə etməklə, Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb. Məhz bu idmançılar da əsas komanda ilə birlikdə hazırlığını davam etdirirlər.
Qadın boksçularımız isə Avropa çempionatında 1 gümüş və 1 bürünc medala yiyələniblər.

Gənc və yeniyetmələrdən ibarət komandalarımızdan uğurlu göstərici

Yeniyetmə idmançılarımızın hesabında 21 medal var. Azərbaycan boksunun sabahı hesab olunan komandamız iştirak etdiyi 5 beynəlxalq turnirdən Vətənə uğurla qayıdıb. 
Onlardan 14-ü oğlanların, 7-si qızların hesabındadır.

Avropa birinciliyinə qatılan məktəbli boksçuları da buraya əlavə etsək, mükafat sayı 26-ya bərabərdir. Medallardan 10-u qızıl, 10-u gümüş və 6-sı bürüncdür. Bu mükafatlardan 5-i (1-1-3) məktəblilər arasında Avropa birinciliyində əldə olunub.

Gənc oğlan boksçularımızın hesabında isə 16 medal var. Həmin mükafatlar 3 yarışda – Avropa birinciliyi və beynəlxalq turnirlərdə qazanılıb. Bu komanda qitə çempionatında 2 (1-0-1), digər yarışda 14 (5-4-5) dəfə üçrəngli bayrağımızın yüksəklərə qalxmasına nail olub.

Azərbaycan çempionatlarında yeni rekord

Müxtəlif yaş qrupları üzrə milli komandalarımız 15 yarışda 161 boksçu ilə təmsil olunub. Boksçularımızdan 59-u Avropa çempionatlarında, 102-si beynəlxalq turnirlərdə qüvvəsini sınayıb. Onlardan da təxminən 48 faizi yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırıblar.

Son 11 ayda Azərbaycan çempionatlarına gəlincə, 6 belə yarış təşkil olunub. Gənclər və yeniyetmələrin turniri 2 dəfə keçirilib.

Gənclərdə ilin əvvəlindəki yarışda 50 komandanın 176 boksçusu rinqə çıxmışdısa, dekabrda bu say kifayət qədər artıb – 56 komanda, 216 idmançı. Yeniyetmələrin birinciliyində öncə 63 komandanın 327 boksçusu gücünü yoxladığı halda, noyabrda 66 komandadan 326 idmançı mübarizə aparıb.

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan, məktəbli oğlan və qızlar arasında keçirilmiş Azərbaycan birinciliyində isə rekord qeydə alınıb.

İlk dəfə qız boksçuların da qatıldığı yarışda 70 komandanın 369 idmançısı rinqə çıxıb. Kişi boksçuların ölkə çempionatı da iştirakçı baxımından son illəri geridə qoyub. Xarici hakimlərin də ədaləti qoruduğu yarışda 38 komandanın 146 boksçusu döyüşüb.

Bu il yeniyetmə və gənc qızlar, həmçinin qadın idmançılar da uzun fasilədən sonra Azərbaycan çempionu titulu uğrunda yarışıblar. 50 boksçunun qatıldığı mübarizədə ölkənin ən güclüləri bəlli olub.

Maddi-texniki baza gücləndirilir

Federasiya 11 ay ərzində da bir sıra yeniliklərə də imza atıb. Veteranlar və Çempionlar, Məşqçilər və Hakimlər komitələri yaradılıb. Boks mütəxəssisləri müxtəlif bölgələrə səfər edərək, orada boksçun daha da populyarlaşması və kütləviləşməsi üçün lazımı tövsiyələrini veriblər. Həmçinin müxtəlif regionlarda hakimlər və məşqçilər üçün seminarlar təşkil olunub.

Bunlarla yanaşı, maddi-texniki bazanın gücləndirilməsi də prioritet məsələlərdəndir. Paytaxtda və bölgələrdəki zalların son vəziyyəti ilə tanış olan qurum rəsmiləri orada təminatın gücləndirilməsi üçün xüsusi plan hazırlayıb, mühüm addımlar atılması istiqamətində işlərə başlanılıb.
Sumqayıtda isə Boks Təlim Mərkəzi əsaslı təmir olunub, bu günlərdə bokssevərlərin ixtiyarına veriləcək. Əsas hədəf ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etməklə yanaşı, boksun Azərbaycanda daha da kütləviləşməsi və populyarlaşmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış sənət adamları BİR ARADA – Cığatel İsaqızının yaradıcılıq gecəsi keçiriləcək – VİDEO

Tanınmış sənət adamları BİR ARADA – Cığatel İsaqızının yaradıcılıq gecəsi keçiriləcək – VİDEO

Kişilərin illərlə unuda bilmədiyi 3 BÜRCÜN qadını

Kişilərin illərlə unuda bilmədiyi 3 BÜRCÜN qadını

Azərbaycanda əhalinin borc yükü ARTDI

Azərbaycanda əhalinin borc yükü ARTDI

Tramp: “ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürməkdə davam edir”

Tramp: “ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürməkdə davam edir”

Moskvadan Brüsselə XƏBƏRDARLIQ: Gərginlik nəzarətdən çıxa bilər

Moskvadan Brüsselə XƏBƏRDARLIQ: Gərginlik nəzarətdən çıxa bilər

Azərbaycanda evlənə bilməyənlərin çoxu ali təhsillilərdir – Savad artdıqca tələb də artır?

Azərbaycanda evlənə bilməyənlərin çoxu ali təhsillilərdir – Savad artdıqca tələb də artır?

"Sabah" - "Slaviya" matçının heyətləri AÇIQLANDI

"Sabah" - "Slaviya" matçının heyətləri AÇIQLANDI

Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı

Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı

Macarıstan Orban dövründən qalan anti-LGBT qanunlarını LƏĞV ETDİ

Macarıstan Orban dövründən qalan anti-LGBT qanunlarını LƏĞV ETDİ

“Azad qadın”ın kölgəsində böyüyən cəhalət - Gələcəyimizi hicabla boğmaq TƏHLÜKƏSİ

“Azad qadın”ın kölgəsində böyüyən cəhalət - Gələcəyimizi hicabla boğmaq TƏHLÜKƏSİ

Moskva xəbərdarlıq etdi: “Siyasi həll olmasa, hərbi yola əl atılacaq”

Moskva xəbərdarlıq etdi: “Siyasi həll olmasa, hərbi yola əl atılacaq”

A Seriyasında daha bir baş məşqçi İSTEFASI

A Seriyasında daha bir baş məşqçi İSTEFASI

Leyla Əliyevadan “44” filminin təqdimatından PAYLAŞIM - VİDEO

Leyla Əliyevadan “44” filminin təqdimatından PAYLAŞIM - VİDEO

Baş nazir İqtisadi Şuranı topladı - FOTO

Baş nazir İqtisadi Şuranı topladı - FOTO

Ağ Ev ABŞ-ın Yunanıstandakı səfirindən istefa verməsini TƏLƏB ETDİ

Ağ Ev ABŞ-ın Yunanıstandakı səfirindən istefa verməsini TƏLƏB ETDİ

Aİ qapıları Ermənistanın üzünə açılacaqmı? - Mirzoyandan AÇIQLAMA

Aİ qapıları Ermənistanın üzünə açılacaqmı? - Mirzoyandan AÇIQLAMA

“Yuventus” Ronaldo ilə bağlı qərardan ŞİKAYƏT ETDİ

“Yuventus” Ronaldo ilə bağlı qərardan ŞİKAYƏT ETDİ

Kamboca Krallığının birinci xanımı İçərişəhərdə - FOTO

Kamboca Krallığının birinci xanımı İçərişəhərdə - FOTO

Niderlandın xarici işlər naziri Azərbaycana SƏFƏR EDƏCƏK

Niderlandın xarici işlər naziri Azərbaycana SƏFƏR EDƏCƏK

Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara HÖKM OXUNDU

Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara HÖKM OXUNDU

Tramp daha 4 il ABŞ prezidenti olmaq istədiyini AÇIQLADI

Tramp daha 4 il ABŞ prezidenti olmaq istədiyini AÇIQLADI

Parlamentin növbəti iclasında 12 məsələ müzakirə ediləcək - SİYAHI

Parlamentin növbəti iclasında 12 məsələ müzakirə ediləcək - SİYAHI

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

Laos Prezidentinin Azərbaycana səfərindən yaddaqalan anlar – VİDEO

Laos Prezidentinin Azərbaycana səfərindən yaddaqalan anlar – VİDEO

End of content

No more pages to load

RADİO