Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu öldürmək istəyib.
Bizim.Media xəbər verir ki, bu etirafı Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç səsləndirib.
Onun sözlərinə görə, aprel və ya may aylarında Valeri Gerasimov İzyum bölgəsində olarkən rus qoşunlarının mövqeləri atəşə tutulub.
Amerika mətbuatı yazır ki ABŞ guya Ukrayna rəhbərliyini bu cür hərəkətlərdən çəkindirməyə çalışıb, lakin Ukrayna hakimiyyəti bu çağırışları rədd edib.
Bizim.Media